Aşura hadisəsinin təhlillərindən (ardı)

29 March 2024

11:39

۹۹۰

Xəbərin xülasəsi :
Bütün müsəlmanların əqidəsinə əsasən, Kəbə evini təxrib edib ona hörmətsizlik göstərmək haramdır. Amma bəziləri Kəbənin dağıdılmasını İbn Zubeyrin boynuna atmağa cəhd edərək Yezidi təmizliyə çıxarmaq istəmişlər. Halbuki tarix kitablarında Kəbənin dağıdılıb yandırılması Yezidə nisbət verilir və İbn Zubeyrin oraya pənah aparmasını əsas tutaraq bu müqəddəs məscidə hörmətsizliyi heç də onun ayağına yazmaq olmaz
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Qurani-kərimin aydın ayələrinə əsasən Kəbə məscidi müqəddəs, şərafətli və ehtiramı qorunmalıdır. O cümlədən, Ali-İmran surəsinin 97-ci ayəsində buyurur:

"وَمَنْ دَخَلَهُ كَانَ آَمِنًا"

“Ora daxil olan hər bir şəxs əmin-amanlıqdadır”

Bütün müsəlmanların əqidəsinə əsasən, Kəbə evini təxrib edib ona hörmətsizlik göstərmək haramdır. Amma bəziləri Kəbənin dağıdılmasını İbn Zubeyrin boynuna atmağa cəhd edərək Yezidi təmizliyə çıxarmaq istəmişlər. Halbuki tarix kitablarında Kəbənin dağıdılıb yandırılması Yezidə nisbət verilir və İbn Zubeyrin oraya pənah aparmasını əsas tutaraq bu müqəddəs məscidə hörmətsizliyi heç də onun ayağına yazmaq olmaz.

İbn Teymiyyə yazır: Bəni-Üməyyə və Bəni-Abbasdan olan müəlmanların padşahlarının və onların naiblərinin heç birinin Kəbəyə hörmətsizlik etmək niyyətləri olmamışdır. İstər Yezidin naibi, istərsə də Həccac ibn Yusifin və bunlardan qeyrisinin belə niyyətləri olmamış, əksinə bütün müsəlmanlar Kəbəni əzəmətlə yad etmişlər. Bəli, onların məqsədi Kəbəyə sığınan İbn Zubeyri mühasirə etmək olmuşdur və Kəbəni mancanaqla daşqalaq etdikdə də bu məqsədi güdmüşlər, nəinki Kəbəyə hörmətsizlik etmək. Yezid Kəbəni xarab etmədi və onu yandırmaq məqsədi də yox idi. İstər o, istərsə də onun naiblərinin belə qəsdi olmamışdır. Müsəlmanlar bu məsələ barəsində müttəfiq rəyə malikdirlər, Kəbəni xarab edən İbn Zubeyr olmuşdur. (Minhacus-sünnə, 4-cü cild, səh. 577)

Belə azğın təfəkkürün cavabında deməliyik ki, Yezidin qoşunu tərəfindən Kəbənin daşqalaq və xarab edilməsinə İbn Teymiyyənin özü etiraf edir, lakin bunu İbn Zubeyrin mühasirə edilməsi ilə əlaqələndirir. Amma Qurani-kərimin ayələrinin və mötəbər hədislərin mənasından bunu başa düşürük ki, Kəbənin dağıdılması və ona hörmətsiklik hər hansı məqsəd və niyyətlə olursa-olsun haramdır. Eyni zamanda xatırladırıq ki, İbn Teymiyyə kimiləri təsəvvür etməsinlər ki, bu əqidələr yalnız ona və onun ardıcıllarına məxsusdur. Əslində belə azğın və inhiraflı əqidələrin əsası Bəni-Üməyyə hakimlərinin xalqlar arasında rəvac verdikləri fikirlərdir. Tarix hələ unutmayıbdır ki, “Siffeyn” döyüşündə Əmmar Yasirin şəhadət xəbəri Əbu Sufyan oğlu Muaviyənin əsgərləri arasında hallandıqda bu hadisəni həzrət Əli əleyhissəlama nisbət verərək öz əsgərlərini doğru yoldan sapdırmışdır. Bu məsələ müxtəlif ifadələrlə səhih əhli-təsənni mənbələrində qeyd edilmişdir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) cənab Əmmar Yasirə bəşarət verib buyurmuşdur:

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ‏ أَخْبَرَنِي مَنْ هُوَ خَيْرٌ مِنِّي أَنَّ رَسُولَ اللَّهِ صلی الله عليه و آله، قَالَ لِعَمَّارٍ حِينَ جَعَلَ يَحْفِرُ الْخَنْدَقَ وَ جَعَلَ يَمْسَحُ رَأْسَهُ وَ يَقُولُ وَيْسَ‏ ابْنِ سُمَيَةَ تَقْتُلُكَ فِئَةٌ بَاغِيَةٌ

“...Ey İbn Suməyyə (Əmmar Yasir)! Səni təcavüzkar bir dəstə qətlə yetirəcəkdir!”

(Səhih Müslim, 8-ci cüz, Fitən-(fitnələr) fəsli)

“Tacul-ərus” lüğətinin müəllifi “fiətun bağiyətun” ifadəsini belə mənalandırır:

و فِئَةٌ باغِيَةٌ: خارجَةٌ عن طاعةِ الإِمامِ العادِلِ‏؛ و منه‏ الحدِيثُ: «وَيْحَ ابنِ سُمَيَّة تَقْتلهُ الفِئَةُالباغِيَةُ»

“Fiətun bağiyətun” – yəni adil imamın itaətindən xaric olan dəstə və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hədisində bu məna bəyan olunubdur ki, buyurur: “Əfsus İbn Suməyyə (Əmmar)! Onu ədalətli imamın itaətindən xaric olan təcavüzkar bir dəstə qətlə yetirəcəkdir.” (Tacul-ərus, 19-cu cild, səh.208)

(ardı var)

 

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)