Aşura hadisəsinin təhlillərindən (ardı)

20 April 2024

08:26

۹۵۲

Xəbərin xülasəsi :
Siffeyn döyüşündə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yaşa dolmuş, möhtərəm səhabəsi Əmmar Yasir həzrət Əli əleyhissəlamın döyüşçüləri ilə birlikdə Muaviyəyə qarşı vuruşarkən düşmən əsgərləri tərəfindən qətlə yetirildi. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əmmar Yasir haqqında buyurduğu hədisdən xəbərdar olan müsəlmanların çaşqınlığını görən Muaviyə həmişəki ən-ənəsinə sadiq qalaraq xüsusi hiyləgərliklə camaat arasında – Əmmarı döyüşə Əli (əleyhissəlam) gətirmişdir, deməli, onun ölümünə səbəbkar biz yox, Əlidir (əleyhissəlam) – deyə, belə bir batil fikri sonradan yolunu sapmış bir dəstənin əqidəsinin əsası olaraq rəvac vermişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən


Siffeyn döyüşündə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yaşa dolmuş, möhtərəm səhabəsi Əmmar Yasir həzrət Əli əleyhissəlamın döyüşçüləri ilə birlikdə Muaviyəyə qarşı vuruşarkən düşmən əsgərləri tərəfindən qətlə yetirildi. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əmmar Yasir haqqında buyurduğu hədisdən xəbərdar olan müsəlmanların çaşqınlığını görən Muaviyə həmişəki ən-ənəsinə sadiq qalaraq xüsusi hiyləgərliklə camaat arasında – Əmmarı döyüşə Əli (əleyhissəlam) gətirmişdir, deməli, onun ölümünə səbəbkar biz yox, Əlidir (əleyhissəlam) – deyə, belə bir batil fikri sonradan yolunu sapmış bir dəstənin əqidəsinin əsası olaraq rəvac vermişdir.

Muaviyənin və İbn Teymiyyənin bu batil anlayışına əsasən, gərək həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əmisi Həmzə seyyiduş-şuhədanın, o həzrətin əmisi oğlu Cəfəri Təyyarın və İslam dininin müdafiəsi yolunda canından keçən, Qurani-kərimin ali məqamlarla vəsf etdiyi bir çox səhabələr və Quran hafizlərinin qətlinin səbəbkarı kafirlər və müşriklər deyil, (nəuzu billah) elə Peyğəmbərin özü olmalıdır. Həqiqətən, nə qədər azğın və çaşqın bir fikir yürütmüş, hadisələri özlərinin nəfsi istəkləri dairəsində məna etmiş, haqq dindən xaric olub ümməti zəlalətə çəkmişlər.

Təəssüflə deməliyik ki, belə yaramaz, fasiq və yollarını azmış insanların davamçıları hazırda da özlərini və ətrafdakılarını aldadaraq İbn Teymiyyə və Muaviyə kimilərinin açıq-aydın batil fikirlərinə dəvət edir, Allah-taalanın və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurduqlarını doğru məna etməyə layiq, elmin qapısı olan həzrət Əlinin (əleyhissəlam) yolunun davamçılarını əvvəlcə Bəni-Üməyyə və Bəni-Abbas hakimlərinin yolunu tərk edən insanlar – rafizilər, sonra da Muaviyə məktəbinin məkr və hiylə dərslərindən vəcdə gəlib, onları dini tərk edənlər kimi tanıtdırmışlar.

Onlar Allah-taalanın sevimlisi, Qurani-kərimin təkrarən alqışladığı, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) onu dəfələrlə öz canı, eləcə də “Qədir Xum”da özündən sonra bütün ümmətə mövla və rəhbər kimi tanıtdırdığı həzrət Əlinin (əleyhissəlam) vilayət və xilafətini tərk etmələrini, əziz Peyğəmbərin (sallallahu əleyhi və alih) son vəsiyyətinin yazılmasına acınacaqlı şəkildə mane olmalarını heç də dini tərk etmək kimi qiymətləndirmirlər. Ona görə ki, onlar Peyğəmbərin (sallallahu əleyhi və alih) gələcəkdən xəbər verdiyi insanlardır; yəni haqqı batil kimi, batili haqq kimi tanıtdıran insanlar. Onların nəzərində bəşərin dirçəliş və tərəqqisinə zəmanət verən Bəni-haşim tayfasından olan Peyğəmbərin (sallallahu əleyhi və alih) dərin təfəkkürü deyil, insanları cahiliyyət dövrünə qaytaran Bəni-Üməyyə tayfasından olan sultanların puç əqidələrinin əsasları yazılıb təbliğ edilməlidir...

(Ardı var)

 

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)