Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətinin savabı
15 October 2026
10:52
۱,۰۰۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Məsumənin (salamullah əleyha) ziyarətinin savabı
Həzrət İmam Sadiq (əleyhissəlam) buyurdu:
عنِ الصَّادِقِ عليه السلام قَالَ: أَلَا وَ إِنَّ لِأَمِيرِالْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَىقُمَّ، تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَتُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ
“Agah olun, Əmirəl-mümininin [Əlinin] hərəmi hərəmi Kufədir! Bilin ki, Qum kiçik Kufədir! Xəbərdar olun ki, cənnətin 8 qapısı vardır, onun 3 qapısı Qum şəhərindəndir! Övladlarımdan Fatimə Musa [İmam Kazim (əleyhissəlam)] qızı adlı bir xanım orada dəfn ediləcək. O Xanımın şəfaəti ilə bütün şiələrimiz cənnətə daxil olacaqdır”
Doğrudan da bu ifadə son dərəcə böyük məna daşıyan və Xanımın Allah-təala dərgahında uca məqam və mövqeiyyətini göstərən aydın bir dəlil və sübutdur.
“Biharul-ənvar”, cild 60, səh. 228, Əllaməye Şüştərinin “Məcalisul-müminin” kitabında nəql edilir.
Yenə Həzrət İmam Sadiqdən (əleyhissəlam) nəql edilir ki, o Həzrət buyurdu:
عنْ أَبِي عَبْدِ اللَّهِ علیه السلام قالَ: إِنَّ لَنَا حَرَماً وَ هُوَ بَلْدَةُ قُمَّ، وَ سَتُدْفَنُ فِيهَا امْرَأَةٌ مِنْ أَوْلَادِي تُسَمَّى فَاطِمَةَ، فَمَنْ زَارَهَا وَجَبَتْ لَهُ الْجَنَّةُ. قَالَ الرَّاوِي: وَ كَانَ هَذَا الْكَلَامُ مِنْهُ قَبْلَ أَنْ يُولَدَ الْكَاظِمُ عَلَيْهِ السَّلَامُ
“Həqiqətən bizim hərəmimiz Qum şəhəridir. Tezliklə Fatimə adlı övladlarımdan bir xanım orada dəfn ediləcək. Hər kəs onu ziyarət etsə, cənnət ziyarət edən üçün vacib olacaqdır”. Ravi deyir: “Həzrət bu sözü buyurduğu vaxt hələ [oğlu] İmam Kazim (əleyhissəlam) dünyaya gəlməmişdi”.
“Biharul-ənvar”, cil 60, səh. 216-217.