Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti

27 April 2024

02:34

۹۰۸

Xəbərin xülasəsi :
Allahın Rəsulu (sallallahu əleyhi və alih) Fatiməyə (əleyhasəlam) buyurmuşdur: “Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənər, sənin razılığınla razı olar.”


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti

Allah-taalanın razılıq qəzəbi Fatimənin (əleyhasəlam) razılıq qəzəbi ilədir

Allahın Rəsulu (sallallahu əleyhi və alih) Fatiməyə (əleyhasəlam) buyurmuşdur:

قَالَ رَسُولُ اللّٰهِ لِفَاطِمَةَ إنَّ اللّٰهَ [الرَّبَّ] يَغْضَبُ لِغَضَبِکِ وَ يَرْضَى لِرِضَاکِ

“Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənər, sənin razılığınla razı olar.”

Buradan aləmdə Fatiməni tanıyan şəxsin kəlamındakı incəlik məlum olur. Fatiməni tanıyan kimdir? Fatiməni tanıyan imam Cəfər Sadiq (əleyhissəlam) -dır. O həzrət buyurur:

إِنَّمَا سُمِّيَتْ فَاطِمَةَ لِأَنَّ الْخَلْقَ فُطِمُوا  عَنْ  مَعْرِفَتِهَا

“O həzrət ona görə “Fatimə” adlandırılıb ki, məxluqlar onun barəsində mərifətdən ayrılmış aciz edilmişlər.”

Biz o həzrətin barəsində həqiqi mərifətdən uzaq düşmüşük; onun kim olmasını, necə yüksək bir üfüqdə olmasını dərk etməkdən acizik.

Bu məxfi vücudun cüzi bir guşəsi dəfn gecəsi zahir oldu. Çünki o elə bir şəxsiyyətdir ki, heç kəs onu tanıya bilməz. Yalnız o kəs tanıya bilər ki, dəfn zamanı belə dedi:

أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّد

“Amma qəm-qüssəm əbədi, gecələrim oyaqlıqla yanaşıdır.”

O kəs onu tanıdı ki, Fatimə (əleyhasəlam) -ın şəhadət qüssəsi onun taqətini üzdü. Çünki Fatimənin kim olduğunu o bilirdi. O şəxs möminlərin əmiridir, Fatiməyə qılınan cənazə namazından sonra iki rəkət namaz qıldı, sonra əllərini göyə qaldırıb nida etdi. Nida etmək danışmaqdan fərqlidir. Nida etdi yəni fəryad etdi. Fəryadı idi? Dedi:

هَذِهِ بِنْتُ نَبِيِّكَ فَاطِمَةُ أَخْرَجْتَهَا مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ

“İlahi, bu Sənin Peyğəmbərinin qızı Fatimədir ki, onu zülmətlərdən nura çıxartmışsan.”

Əsrin Hüccəti həzrət Sahib Zaman əleyhissəlama və bütün mömin bacı-qardaşlara bu əzəmətli matəm və əza günü ilə əlaqədar təsəlli və başsağlığı deyirik!

İltimas dua


Etiketlər :

Siddiqei-Kubra Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti