Namazdan zövq almaq yolları

25 April 2024

20:37

۹۲۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Namazdan zövq almaq yolları

Namaz qılarkən Allah tərəfindən vəzifəli olan mələyə diqqət edək ki, o mələk nə deyir? Görəsən, o mələk ancaq bunu görmək istəyir ki, bu insan öz vəzifəsini yerinə yetirir, yoxsa yox? Əgər insanın qəlbi eşidə bilsə, o mələyin insanla danışığını eşidər ki, ona deyir:

يَقُولُ لَهُ أَيُّهَا الْمُصَلِّي لَوْ تَعْلَمُ مَنْ يَنْظُرُ إِلَيْكَ وَ مَنْ تُنَاجِي مَا الْتَفَتَّ وَ لَا زِلْتَ مِنْ مَوْضِعِكَ أَبَدا

“Ey namaz qılan insan! Əgər kimin sənə baxıb, kiminlə münacat etdiyini bilsəydin, Ondan başqasına əsla fikirləşməz və namaz qılmaqdan qətiyyən ayrılmazsan!”

Əgər insan bilsə ki, kim ona nəzər salır, yəni namaz halında Allahın ona xüsusi nəzəri vardır, bu zaman Allah təbarək və təala insana məxsusi diqqət edib, göz yetirir. Hərçənd bütün əməllərimiz, hallarımız, hərəkətlərimiz, sükunətlərimiz, yuxularımız və hər bir məsələ tamamilə İlahi iltifat və nəzər altındadır; əgər Onun nəzəri bir an kənar olsa, bütün aləm məhv olar, lakin bu, özünəməxsus bir nəzərdir. Yəni namaz vaxtında namaz qılan şəxsə Allahın xüsusi bir baxışı vardır, onun üçün xas bir ziyafət və süfrə açılır, o, Allahın xüsusi görüşünə və məclisinə dəvət edilir. Bu xüsusi görüşdə Allah-təalanın bu namaz qılana nəzər yetirməsi üçün çoxlu amilləri səfərbər etməsi ilə eyni zamanda o mələk deyir: “Əgər bilsəydin kim sənə nəzər salır və sən necə bir varlıqla münacat halındasan?!” O, elə bir varlıqdır ki, bütün aləm Onun yanında heçdir və zərrədən də kiçikdir. Göz açıb yumunca aləmi icad etdiyi kimi, Onun qüdrəti bir göz qırpımında bu aləmi yox edib aradan aparar. Elə bir varlıq ki, insan ondan hər bir şeyi istəsə, onu etmək qüdrətinə qadirdir: “إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ” – “Həqiqətən, Allah hər şeyə qadirdir!” Elə bir varlıq ki, insanın qəlbindən keçən hər bir şeyə agahdır və onun ancaq xeyir və məsləhətini istəyir. Namaz qılan şəxs belə bir varlığın müqabilində durub Onunla münacat etməkdədir. Bu mələk deyir ki, əgər bu nəzər və münacatın ləzzətini dada bilsən; “مَا الْتَفَتَّ وَ لَا زِلْتَ مِنْ مَوْضِعِكَ أَبَدا” – “namazdan qeyri bir iş ilə qətiyyən məşğul olmaz, heç bir ayrı şeyə təvəccöh etməzsən.” Dünyaya və onun naz-qəmzəsinə, yaşayış işlərinə, hətta ən sevimli şeylərə belə rəğbət göstərməzsən.

Əgər insan namaz qıldıqda Allah ilə münacat və baxışın ləzzətini bir miqdar dərk etsə və dadsa, Allahdan qeyrisinə tərəf heç bir zaman nəzər salmaz, namazdan başqa əsla bir iş etmək istəməz. Məhz bu səbəbdən bəzi vaxtlar İlahi övliya bəzi günlərdə min rükət namaz qılar və heç də yorulmazdılar. Onlar Allah ilə bu münacatdan həmişə ləzzət və zövq alardılar. Gəlin, gerçəkdən bu namaza əhəmiyyət verək, namaz vasitəsilə Allahın lütf və fəzilət qapılarını üzümüzə daha geniş açaq, Allah ilə bu münacat və raz-niyazdan zövq alıb ləzzət aparaq, inşaallah!

(ardı var)

Etiketlər :

Namazdan zövq almaq yolları