Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
23 September 2026
12:28
۱,۱۶۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismillahir-Rahmənir-Rahim
Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1439-cu il, rəcəb ayının 1-i, milad 2018-ci il, mart ayının 19-u Həzrət İmam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək Rəcəb ayının ilk günü və milli novruz bayramı günləri ilə mütabiq olan bu böyük sevinc gününü öncə Həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunda təcil etsin), sonra Əhli-Beyt aşiqlərinə təbrik və gözaydınlığı deyirik. Bütün haqqsevər insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında və yeni şəmsi ilində düzgün əqidə, yüksək mənəviyyat və cismi sağlamlıq arzu edirik.
Burada İmam Baqir əleyhissəlamdan bir hədisə işarə edirik:
Əbu Bəsir deyir ki, həzrət imam Baqir əleyhissəlama ərz etdim:
عَنْ أَبِي بَصِيرٍ قَالَ: قُلْتُ لِأَبِي جَعْفَرٍ A [أَصْلَحَكَ اللَّهُ] مَا أَيْسَرُ مَا يَدْخُلُ بِهِ الْعَبْدُ النَّارَ”
“İnsanın əzaba düçar olub cəhənnəm odunda yanmasına səbəb olan ən kiçik günah nə ola bilər?
“قَالَ مَنْ أَكَلَ مِنْ مَالِ الْيَتِيمِ دِرْهَماً”
Həzrət buyurdu: Hər kəs (icazəsiz) yetimin malından bir dirhəmi belə yeyərsə; sonra fasilə vermədən buyurdu: “وَ نَحْنُ الْيَتِيمُ” – Malından bir dirhəmini yedikdə insanı cəhənnəmə aparan o yetim bizik.[1]