Həzrət imam Hüseynin (əleyhissəlam) təvəllüdü

29 March 2024

05:48

۸۵۳

Xəbərin xülasəsi :
Cənnət cavanlarının Seyyidi, peyğəmbərlik bağını reyhanı, Rəsulullahın (sallallahu əleyhi və alih) doğma nəvəsi, ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünya azadələrinin rəhbəri, şəhidlər ağası Həzrət Əba Əbdillah Huseyn ibn Əlinin (əleyhiməssəlam) təvəllüdü bütün dünya müsəlmanlarına mübarək olsun!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Cənnət cavanlarının Seyyidi, peyğəmbərlik bağını reyhanı, Rəsulullahın (sallallahu əleyhi və alih) doğma nəvəsi, ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünya azadələrinin rəhbəri, şəhidlər ağası Həzrət Əba Əbdillah Huseyn ibn Əlinin (əleyhiməssəlam) təvəllüdü bütün dünya müsəlmanlarına mübarək olsun!

Təvəllüdü anı

Həzrət imam Hüseynin (əleyhissəlam) təvəllüd xəbəri Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) çatanda o Həzrət, Əmirəl-möminin Əlinin (əleyhissəlam) evinə gəlib Əsmaya buyurdu ki, o mübarək körpəni gətirsin. Əsma da onu ağ parçaya büküb onun hüzuruna gətirdi. O həzrət onun sağ qulağına azan, sol qulağına iqamə oxudu.[1]

Bu zaman Cəbrail (əleyhissəlam) nazil olub Allahın Rəsuluna (sallallahu əleyhi və alih) ərz etdi: “ Rəbbin salam göndərir və buyurur ki, bu uşağı, həzrət Harunun kiçik oğlunun adı ilə ərəbcə Hüseyn mənasında olan Şubəyr adlandır. Çünki Əlinin (əleyhissəlam) məqamı sizin üçün həzrət Harunun Musa peyğəmbərin yanında olan məqamı kimidir. Peyğəmbərlərin sonuncusu olmağınız isə istisnadır.[2]

Fotros mələyin xilas olması əhvalatı

Mərhum Şeyx Səduq belə nəql edir: İmam Hüseyn (əleyhissəlam) dünyaya göz açanda Allah-taala cənab Cəbrailə əmr verdi ki, çoxlu mələklərdən ibarət bir qrupla  Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna müşərrəf olub bu mübarək doğum münasibəti ilə onu təbrik etsinlər. Cəbrail (əleyhissəlam) səmadan yerə enən zamanda bir adaya düşmüş Fotros adında bir mələyi gördü. O Allahın müqərrəb mələklərindən idi. Allahın fərmanlarından birini yerini yetirəndə ləng tərpəndiyi üçün qanadı sınıb bir adaya düşmüşdü. İmam Hüseyn (əleyhissəlam) dünyaya gəldikdə artıq yeddi yüz il idi ki, orada Allah-taalaya ibadət etməklə məşğul idi. Fotros, Cəbraili (əleyhissəlam) müşahidə etdikdə ərz etdi: “Məni, Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə apar, bəlkə o, mənim üçün dua etsin. Fotros, Cəbrail ilə birlikdə Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna  yetişdilər və İmam Hüseynin (əleyhissəlam) təvəllüdü münasibəti ilə onu təbrik etdilər. Cəbrail  (əleyhissəlam), Fotrusun əhvalatını Peyğəmbərə (sallallahu əleyhi və alih) nəql etdi. O həzrət buyurdu: “Fotros öz bədənini bu mübarək körpənin  qundağına sürtsün.” Fotros onu yerinə yetirdi və həmin an şəfa tapdı. Sonra Cəbrail ilə birlikdə səmaya qalxdı.[3]

Başqa bir hədisdə deyilir ki, Fotros, səmaya tərəf uçan zaman Peyğəmbərə(sallallahu əleyhi və alih) buyurdu: “ Hüseynin (əleyhissəlam) vücudu ilə şəfa tapdığım üçün gərək onun haqqını əda edəm və ehsanının əvəzini yerinə yetirəm. Bundan sonra hər bir kəs imam Hüseyni (əleyhissəlam) ziyarət etsə, hər bir yerdə o Həzrətə salam göndərsə, onun salamını və ziyarətini o həzrətə çatdıracağam.”[4]

Peyğəmbərin (sallallahu əleyhi və alih) barmaqlarından süd içirdi 

Mərhum Kuleyni həzrət imam Sadiqdən (əleyhissəlam) rəvayət edir: “İmam Hüseyn (əleyhissəlam) doğulandan sonra nə həzrət Fatimədən (əleyhasəlam) nə də digər qadınlardan süd yemirdi. Ona görə də onu Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə apardılar. Həzrət mübarək barmağını onun ağzına qoyurdu və o da əmirdi. Bu süd əmmək, onun üçün üç gün kifayət edirdi.

Həzrət İsa ibn Məryəm (əleyhiməssəlam) və həzrət Hüseyn ibn Əli  (əleyhiməssəlam) hər ikisi altı aylıq anasından doğulmuşlar.[5]

Bir daha bütün mömin bacı-qardaşları bu səadətli günlər və Şəbaniyyə bayramları münasibəti ilə təbrik edir və əzizlərə həzrət imam Hüseyn ələyhis-salamın məxsus salavatını və ziyarətini tövsiyə edirik.

İltimas dua!

[1]  Kəşful-ğummə; cild-2, səh. 213; Biharul-ənvar, cild- 43, səh. 237

[2] Əl-əmali; Mərhum Şeyx Səduq, cild-1, səh. 377

[3] Əl-Xəraic vəl-Cəraih; cild- 1, səh. 252; Biharul-ənvar, cild- 44, səh. 182

[4] Sireyi-Çəhardəh məsum (əleyhimussəlam); Məhəmmədi İştihardi; səh. 307

[5] Əl-Kafi; cild- 2, səh. 486

Etiketlər :

Həzrət imam Hüseynin (əleyhissəlam) təvəllüdü