Şəbaniyyə salavatları

19 April 2024

11:29

۹۷۴

Xəbərin xülasəsi :
Möminlərin istəklərini cavablandırmaq məqsədi ilə Şəban ayında böyük əhəməyyət daşıyan mənəvi əməllərdən sayılan “Şəbaniyyə salavatları”nı xüsusi olaraq xidmətinizə təqdim edirik. Həzrət imam Zeynulabidindən (əleyhissəlam) nəql olunmuş bu salavatlar Şəban ayının hər günündə zöhr vaxtı və on beşinci günün gecəsində oxumağın olduqca böyük savabı vardır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəbaniyyə salavatları

Mübarək Şəban ayında olduqca çoxlu fəzilətli əməllər qeydə alınmışdır. Əzizlər bu əməllərin savabından bəhrələnmək üçün möhtəşəm “Məfatihul-cinan” kitabına müraciət edə bilərlər. Lakin möminlərin istəklərini cavablandırmaq məqsədi ilə burada bu əzəmətli ayın böyük əhəməyyət daşıyan əməllərindən sayılan “Şəbaniyyə salavatları”nı xüsusi olaraq xidmətinizə təqdim edirik. Həzrət imam Zeynulabidindən leyhissəlam) nəql olunmuş bu salavatlar Şəban ayının hər günündə zöhr vaxtı və on beşinci günün gecəsində oxumağın olduqca böyük savabı vardır. “Şəbaniyyə salavatları” duasının mətni və tərcüməsi belədir:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ وَ مَوْضِعِ الرِّسَالَةِ وَ مُخْتَلَفِ الْمَلائِكَةِ وَ مَعْدِنِ الْعِلْمِ وَ أَهْلِ بَيْتِ الْوَحْيِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْفُلْكِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ يَأْمَنُ مَنْ رَكِبَهَا وَ يَغْرَقُ مَنْ تَرَكَهَا الْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ وَ الْمُتَأَخِّرُ عَنْهُمْ زَاهِقٌ وَ اللازِمُ لَهُمْ لاحِقٌ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْكَهْفِ الْحَصِينِ وَ غِيَاثِ الْمُضْطَرِّ الْمُسْتَكِينِ وَ مَلْجَإِ الْهَارِبِينَ وَ عِصْمَةِ الْمُعْتَصِمِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاةً كَثِيرَةً تَكُونُ لَهُمْ رِضًى وَ لِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَدَاءً وَ قَضَاءً بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ يَا رَبَّ الْعَالَمِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّيِّبِينَ الْأَبْرَارِ الْأَخْيَارِ الَّذِينَ أَوْجَبْتَ حُقُوقَهُمْ وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلايَتَهُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اعْمُرْ قَلْبِي بِطَاعَتِكَ وَ لا تُخْزِنِي بِمَعْصِيَتِكَ وَ ارْزُقْنِي مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِمَا وَسَّعْتَ عَلَيَّ مِنْ فَضْلِكَ وَ نَشَرْتَ عَلَيَّ مِنْ عَدْلِكَ وَ أَحْيَيْتَنِي تَحْتَ ظِلِّكَ وَ هَذَا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ شَعْبَانُ الَّذِي حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ الَّذِي كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ ]سَلَّمَ‏[ يَدْأَبُ فِي صِيَامِهِ وَ قِيَامِهِ فِي لَيَالِيهِ وَ أَيَّامِهِ بُخُوعا لَكَ فِي إِكْرَامِهِ وَ إِعْظَامِهِ إِلَى مَحَلِّ حِمَامِهِ اللَّهُمَّ فَأَعِنَّا عَلَى الاسْتِنَانِ بِسُنَّتِهِ فِيهِ وَ نَيْلِ الشَّفَاعَةِ لَدَيْهِ اللَّهُمَّ وَ اجْعَلْهُ لِي شَفِيعا مُشَفَّعا وَ طَرِيقا إِلَيْكَ مَهْيَعا وَ اجْعَلْنِي لَهُ مُتَّبِعا حَتَّى أَلْقَاكَ يَوْمَ الْقِيَامَةِ عَنِّي رَاضِيا وَ عَنْ ذُنُوبِي غَاضِيا قَدْ أَوْجَبْتَ لِي مِنْكَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ وَ أَنْزَلْتَنِي دَارَ الْقَرَارِ وَ مَحَلَّ الْأَخْيَارِ

Duanın azəri əlifba ilə oxunuşu: Əllahummə səlli əla Mu­həm­mədin və ali Muhəmməd, şəcərətin nubuvəti və məv­ziir risaləti və muxtə­lə­fil məlaikəh, və mə`dinil ilmi və əhli bəytil vəhy, Əl­lahummə səlli əla Mu­həmmədin və ali Muhəmməd, əl fulkil cariyəti fil lucəcil ğamirəh, yə`mənu mən rəki­bəha və yəğrəqu mən tərəkəha, Əl mutəqəddimu lə­­­hum mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl lazimu lə­hum lahiq. Əlla­hummə səlli əla Muhəmmədin və ali Mu­həmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustə­kin, və məlcəil haribin, və ismətil mu`təsimin, Əlla­hum­mə səlli əla Muhəm­mə­din və ali Muhəmməd, sə­la­tən kəsirətən təkunu lə­hum riza, və lihəqqi Muhəm­mə­din və ali Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin, Əllahummə səlli əla Mu­həmmədin və ali Mu­həm­məd, ət təyyibinəl əb­raril əxyar, əlləzinə əvcəbtə hu­qu­­hum və fərəztə taətə­hum və vila­yətəhum, Əllahum­mə səlli ə­la Muhəmmədin və ali Mu­həmməd, və`mur qəlbi bita­ətik, və la tuxzini bimə`­siyətik, vərzuqni muvasatə mən qət­tərtə ələyhi min riz­qikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələy­yə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səy­yidi rusulik, şə`­banulləzi həfəf­təhu min­­­kə bir rəhməti vər riz­van, əlləzi kanə rəsulul­lahi səlləl­lahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyya­mih, buxuən ləkə fi ikramihi və i`za­mih, ila məhəlli hima­mih, Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş şəfaəti lədəyh, Əllahum­mə vəc`əlhu li şə­fiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttə­bia, hətta əlqakə yəv­məl qiya­məti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər rəhmətə vər riz­van, və ənzəl­təni darəl qə­rari və məhəlləl əxyar.

Duanın tərcüməsi: İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Məhəmməd və Məhəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmi gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!

İltimas dua!

Etiketlər :

Şəbaniyyə salavatları