Ramazan ayının fəzilətləri və əməlləri

02 May 2024

11:09

۸۱۶

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, (xalis) düz niyyətlərlə Allah taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək Ramazan ayının fəzilətləri və əməlləri

Mərhum Şeyx Səduq möhtəbər sənədlə İmam Rzadan (əleyhissəlam), o da öz atalarında və onlar da həzrət Əlidən (əleyhissəlam) nəql etmişlər ki, imam belə buyurur: “Bir gün həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bizə bir xütbə oxudu, sonra buyurdu: “Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, (xalis) düz niyyətlərlə Allah taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən bədbəxtdir. Siz bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin. Dilinizi, deyilməsi yasaq olan şeylərdən saxlayın. Gözlərinizi baxılması halal olmayan yerlərə örtün. Qulaqlarınızı eşitməyi halal olmayan şeylərə bağlayın. Başqalarının yetim qalan uşaqlarla mehribanlıq olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar. Günahlardan əl çəkib Allaha tərəf qayıdın.

Namaz vaxtlarında əllərinizi dua etməyə ucaldın. Çünki namaz vaxtları ən yaxşı vaxtlardır. Allah taala bu vaxtlarda öz bəndələrinə rəhmət gözü ilə baxır. Onunla münacat edənlərə cavab verir, onu çağıranlara ləbbeyk deyir. Onu istəyənlərin istəyini yerinə yetirir. Ey insanlar həqiqətən sizin canınız əməllərinizə bağlıdır. Belədirsə, onda Allah tərəfindən bağışlanmaqla özünüzü azad edin. Sizin çiyninizin yükü günahlarınızla ağırlaşmışdır. Onu, uzun səcdələrlə yüngülləşdirin.

Bilin ki, Allah taala bu ayda namaz qılan və səcdə edənlərə əzab etməyəcəyinə and içmişdir və onları Qiyamət günü cəhənnəm odu ilə qorxutmayacağını bildirmişdir. Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün qul azadetmə savabı yazılar və onun keçmiş günahları bağışlanar”.

Mənbə: "Məfatihul-cinan", Ramazan ayının fəzilətləri

İltimas dua!

Etiketlər :

Ramazan ayının fəzilətləri və əməlləri