Ramazan ayının müştərək əməlləri

17 May 2024

06:11

۹۲۸

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu rəvayət edirlər: – “Hər kəs bu duanı mübarək ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah taala Qiyamət gününə kimi onun günahlarını bağışlayar”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının hər gecə-gündüzündə müstəhəb olan müştərək əməlləri

 “Misbah”, “Bələdül-əmin” və “Məcmuə” kitablarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu rəvayət edirlər: “Hər kəs bu duanı mübarək ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah taala Qiyamət gününə kimi onun günahlarını bağışlayar. Dua belədir:

اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ الْفَقْرِ اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

Əllahummə ədxil əla əh­lil quburis surur, Əllahum­mə əğ­ni kullə fəqir, Əlla­hummə əşbi` kul­lə cayi`, Əlla­hum­mək­su kul­lə uryan, Əl­lahumməqzi dəy­nə kulli mədin, Əllahummə fərric ən kulli məkrub, Əlla­hum­mə ruddə kullə ğərib, Əlla­hummə fukkə kullə əsir, Əl­lahummə əslih kullə fasi­din min umuril muslimin, Əlla­hum­məşfi kullə mə­riz, Əlla­hummə suddə fəqrə­na biğinak, Əllahummə ğəy­yir suə halina bihusni ha­lik, Əllahumməqzi ənnəd dəyn, və əğnina minəl fəqr, innəkə əla kulli şəy`in qə­dir.


İlahi, qəbiristan əhlinə şadlıq bəxş et! İlahi, bütün yoxsulları ehtiyacsız et! İlahi, bütün acları doyuzdur! İlahi, libası (paltarı) olmayan bütün çılpaqları (paltarsızları) geyindir! İlahi, bütün borcluların borclarını ödə! İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən xilas et! İlahi, bütün qəribləri (öz vətənlərinə) qaytar! İlahi, bütün əsirləri əsirlikdən qurtar! İlahi, müsəlmanların işlərindəki bütün fəsadı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halında bizim uğursuzluğumuzu (pis hallarımızı) dəyişdir! İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver! Həqiqətən, Sən hər şeyə qadirsən!

Mənbə: "Məfatihul-cinan", Ramazan ayının müştərək əməlləri

İltimas dua!

Etiketlər :

Ramazan ayının müştərək əməlləri