Mübarək Ramazan ayının müştərək əməlləri

17 May 2024

11:29

۸۴۲

Xəbərin xülasəsi :
İlahi, Səndən istəyirəm ki, mənim adımı “qədr” gecəsində hökm və müqəddər etdiyin qaçılmaz işlər – dəf edilməyən və dəyişməyən hökmlərdə Öz evinin “Beytül-Haram”ın həcləri bəyənilmiş, “səy”ləri qəbul olunmuş, günahları bağışlanmış və çirkin əməlləri örtülmüş hacılarından yazasan
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək Ramazan ayının gecə-gündüzündə olan müştərək əməlləri

Mərhum Seyid ibn Tavus həzrət İmam Baqir və İmam Kazimin (əleyhiməssəlam) belə buyurduğunu rəvayət edir:- Hər vacib namazdan sonra mübarək ramazan ayının əvvəlindən axırına kimi bu duanı oxuyun:

اللَّهُمَّ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ مَا أَبْقَيْتَنِي فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ وَ سَعَةِ رِزْقٍ وَ لا تُخْلِنِي مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيمَةِ وَ الْمَشَاهِدِ الشَّرِيفَةِ وَ زِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فِي جَمِيعِ حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ فَكُنْ لِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي [فِي طَاعَتِكَ‏] وَ تُوَسِّعَ عَلَيَّ رِزْقِي وَ تُؤَدِّيَ عَنِّي أَمَانَتِي وَ دَيْنِي آمِينَ رَبَّ الْعَالَمِينَ

Əllahummərzuqni həccə bəy­tikəl hərami fi ami ha­za, və fi kulli amin ma əb­qəytəni fi yusrin minkə və afiyətin və səəti rizq, və la tuxlini min tilkəl məvaqi­fil kəriməti vəl məşahi­diş şərifəh, və ziyarəti qəb­ri nəbiyyikə səlavatukə ələy­hi və alih, və fi cəmii hə­vai­cid dunya vəl axirəh, fəkun liyəllahummə inni əs`­­əlukə fi­ma təqzi, və tu­qəddiru minəl əmril məhtu­mi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhumul məşku­ri sə`yuhumul məğfuri zunu­bu­hum, əl mukəffəri ənhum səy­yiatuhum, vəc`əl fima təq­­zi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə riz­qi və tuvəd­diə ənni əmanəti və dəyni ami­nə rəbbəl alə­min.

İlahi, Sənin Öz evinin (Beytül-Haramın) ziyarətini (həcci) bu il və bütün illərdə, məni diri saxladığın vaxta qədər, Sənin tərəfindən olan asanlıq, sağlamlıq və ruzi bolluğu ilə mənə nəsib et! Məni o hörmətli məkanlarının, şərəfli yerlərinin və Peyğəmbərinin (Allahın salam və salavatı ona və Əhli-beytinə olsun) qəbrinin ziyarətindən məhrum etmə, bütün dünya və axirət hacətlərində mənə yardımçı ol. İlahi, Səndən istəyirəm ki, mənim adımı “qədr” gecəsində hökm və müqəddər etdiyin qaçılmaz işlər – dəf edilməyən və dəyişməyən hökmlərdə Öz evinin “Beytül-Haram”ın həcləri bəyənilmiş, “səy”ləri qəbul olunmuş, günahları bağışlanmış və çirkin əməlləri örtülmüş hacılarından yazasan. Hökm və müqəddər etdiyin işlərdə ömürmü uzat, ruzimi bol et, əmanət və borclarımı mənim tərəfimdən qaytar! Amin, ey aləmlərin Rəbbi!

Mənbə: "Məfatihul-cinan", mübarək Ramazan ayının müştərək əməlləri.

İltimas dua!

Etiketlər :

Mübarək Ramazan ayının müştərək əməlləri