Səhər duası

20 April 2024

14:03

۱,۴۴۷

Xəbərin xülasəsi :
İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Səhər duası

Ramazan ayının səhərlərində həzrət İmam Rzadan (əleyhissəlam) nəql olunmuş bu əzəmətli duanı oxumaq müstəhəbdir. Həzrət buyurur ki, bu duanı İmam Baqir (əleyhissəlam) Ramazan ayının səhərində oxuyardı:

 

  1. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عَظَمَتِكَ بِأَعْظَمِهَا وَ كُلُّ عَظَمَتِكَ عَظِيمَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَظَمَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ نُورِكَ بِأَنْوَرِهِ وَ كُلُّ نُورِكَ نَيِّرٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِنُورِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ رَحْمَتِكَ بِأَوْسَعِهَا وَ كُلُّ رَحْمَتِكَ وَاسِعَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كَلِمَاتِكَ بِأَتَمِّهَا وَ كُلُّ كَلِمَاتِكَ تَامَّةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكَلِمَاتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كَمَالِكَ بِأَكْمَلِهِ وَ كُلُّ كَمَالِكَ كَامِلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكَمَالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ أَسْمَائِكَ بِأَكْبَرِهَا وَ كُلُّ أَسْمَائِكَ كَبِيرَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَسْمَائِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عِزَّتِكَ بِأَعَزِّهَا وَ كُلُّ عِزَّتِكَ عَزِيزَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِزَّتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَشِيَّتِكَ بِأَمْضَاهَا وَ كُلُّ مَشِيَّتِكَ مَاضِيَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَشِيَّتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ قُدْرَتِكَ بِالْقُدْرَةِ الَّتِي اسْتَطَلْتَ بِهَا عَلَى كُلِّ شَيْ‏ءٍ وَ كُلُّ قُدْرَتِكَ مُسْتَطِيلَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِقُدْرَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عِلْمِكَ بِأَنْفَذِهِ وَ كُلُّ عِلْمِكَ نَافِذٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِلْمِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ قَوْلِكَ بِأَرْضَاهُ وَ كُلُّ قَوْلِكَ رَضِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِقَوْلِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَسَائِلِكَ بِأَحَبِّهَا إِلَيْكَ وَ كُلُّهَا [وَ كُلُّ مَسَائِلِكَ‏] إِلَيْكَ حَبِيبَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَسَائِلِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ شَرَفِكَ بِأَشْرَفِهِ وَ كُلُّ شَرَفِكَ شَرِيفٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِشَرَفِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ سُلْطَانِكَ بِأَدْوَمِهِ وَ كُلُّ سُلْطَانِكَ دَائِمٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِسُلْطَانِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مُلْكِكَ بِأَفْخَرِهِ وَ كُلُّ مُلْكِكَ فَاخِرٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمُلْكِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عُلُوِّكَ بِأَعْلاهُ وَ كُلُّ عُلُوِّكَ عَالٍ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعُلُوِّكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَنِّكَ بِأَقْدَمِهِ وَ كُلُّ مَنِّكَ قَدِيمٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَنِّكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ آيَاتِكَ بِأَكْرَمِهَا وَ كُلُّ آيَاتِكَ كَرِيمَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِآيَاتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَا أَنْتَ فِيهِ مِنَ الشَّأْنِ وَ الْجَبَرُوتِ وَ أَسْأَلُكَ بِكُلِّ شَأْنٍ وَحْدَهُ وَ جَبَرُوتٍ وَحْدَهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَا تُجِيبُنِي [بِهِ‏] حِينَ أَسْأَلُكَ فَأَجِبْنِي يَا اللَّهُ

 

Əllahummə inni əs`əlukə min bəhaikə biəbhah, və kul­lu bə­haikə bəhiyy, Əlla­hummə in­ni əs`əlukə bibəha­ikə kullih, Əl­lahummə in­ni əs`əlukə min cəmalikə biəcməlih, və kulli cəma­li­kə cəmil, Əllahummə in­ni əs`əlukə bicəmalikə kul­lih, Əllahummə inni əs`ə­lu­kə min cəlalikə biəcəl­lih, və kullu cəla­likə cə­lil, Əllahummə inni əs`ə­lu­kə bicəlalikə kullih, Əl­­la­hum­mə inni əs`əlukə min əzə­mətikə biə`zəmiha, və kullu əzəmətikə əziməh, Əllahummə inni əs`əlukə bi­əzəmətikə kul­li­ha, Əlla­hummə inni əs`ə­lukə min nurikə biənvərih, və kullu nurikə nəyyir, Əlla­hum­mə in­ni əs`əlukə binurikə kul­lih, Əlla­hummə inni əs`ə­lu­kə min rəh­­tikə biəv­səiha və kullu rəhmətikə vasiəh, Əlla­hum­mə inni əs`­əlukə birəh­mətikə kulli­ha, Əlla­hum­mə inni əs`əlukə min kəlimatikə biə­təm­mi­ha, və kullu kəli­matikə tam­məh, Əlla­hummə inni əs`əlukə bikəli­ma­tikə kul­lih, Əllahummə inni əs`ə­lukə min kəmalikə biək­mə­lihi və kullu kəmalikə ka­mil, Əlla­hum­mə inni əs`ə­lu­kə bikə­ma­likə kullih, Əllahummə inni əs`əlukə min əsmaikə biək­bə­riha və kullu əsmaikə kəbirəh, Əl­lahummə inni əs`əlukə biəs­maikə kulliha, Əllahummə in­ni əs`əlukə min izzətikə biəəz­ziha və kullu izzətikə əzizəh, Əlla­hummə inni əs`­ə­lukə biiz­zətikə kulliha, Əllahummə inni əs`ə­lukə min məşiyyətikə bi­əm­zaha və kullu məşiyyətikə ma­zi yəh, Əllahummə inni əs`əlu­kə bi­məşiy­yətikə kulliha, Əlla­hum­mə inni əs`əlukə min qudrətikə bil qudrətil­lətis­tə­təltə biha əla kulli şəy`, və kullu qudrətikə mus­tə­tiləh, Əlla­hummə in­ni əs`əlukə biqudrətikə kul­liha, Əlla­hum­mə inni əs`ə­lukə min ilmikə biənfə­zi­hi və kullu il­mi­kə nafiz, Əllahummə inni əs`əlukə biil­mikə kullih, Əlla­hum­mə inni əs`əlukə min qəv­li­kə biər­zahu və kullu qəvli­kə rəziyy, Əlla­hummə inni əs`ə­lu­kə bi­qəv­likə kullih, Əllahum­mə inni əs`ə­lu­kə min məsailikə biə­həb­biha iləyk, və kulluha (və kullu mə­sailikə) iləykə həbibəh, Əlla­hum­mə inni əs`ə­lukə bi­məsailikə kulliha, Əlla­hum­mə inni əs`əlukə min şə­rəfikə biəş­rəfihi və kullu şərə­fikə şərif, Əl­lahummə inni əs`ə­lu­kə bi­şə­rəfikə kullih, Əlla­hum­mə inni əs`əlukə min sul­tanikə biəd­vəmih, və kul­lu sul­tanikə daim, Əllahummə inni əs`ə­lukə bisultanikə kullih, Əlla­hum­mə inni əs`­­ə­lukə min mulkikə biəf­xərihi və kullu mulkikə faxir, Əllahummə inni əs`­əlukə bimul­kikə kullih, Əl­la­hummə inni əs`əlukə min uluv­vikə biə`lahu və kullu uluv­vikə ali, Əlla­hummə inni əs`ə­lukə biuluv­vikə kullih, Əllahummə inni əs`əlukə min mənnikə biəqdəmih, və kullu mənni­kə qədim, Əllahummə inni əs`əlukə bimənnikə kullih, Əl­lahummə inni əs`əlukə min ayatikə biəkrəmiha kul­­lu aya­tikə kəriməh, Əl­la­hummə inni əs`əlukə bi­a­ya­tikə kulliha, Əl­la­hummə in­ni əs`əlukə bima əntə fi­hi minəş şə`ni vəl cəbə­rut, və əs`əlukə bikulli şə`­­nin vəhdəhu və cəbə­ru­tin vəhdəha, Əllahummə in­ni əs`əlukə bima tuci­buni (bihi) hi­nə əs`əluk, fəəcib­ni ya Əllah

İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən gözəl dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri gözəldir! İlahi, Sənin calalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin calalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin calalının bütün dərəcələri alidir! İlahi, Sənin calalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin əzəmətinin ən böyük dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin əzəmətinin bütün dərəcələri böyükdür! İlahi, Sənin əzəmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin nurunun ən nurlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin nurunun bütün dərəcələri genişdir! İlahi, Sənin nurunun bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin rəhmətinin ən geniş dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin rəhmətinin bütün dərəcələri genişdir! İlahi, Sənin rəhmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin kəlamlarının ən bitkinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün kəlamların bitkindir! İlahi, Sənin bütün kəlamlarının haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin kamalının ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin kamalının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin kamalının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin ən böyük adına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün adların böyükdür! İlahi, Sənin bütün adlarının haqqında and verib Səndən istəyirəm! İlahi, Sənin izzətinin ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin izzətinin bütün dərəcələri yüksəkdir! İlahi, Sənin izzətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin istəyinin ən nüfuzlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin istəyinin bütün dərəcələri nüfuzludur! İlahi, Sənin istəyinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin hər bir şeyə hakim olan yenilməz qüdrətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qüdrətinin bütün dərəcələri hər bir şeyə hakimdir! İlahi, Sənin qüdrətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin elminin ən təsirli dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin elminin bütün dərəcələri təsirlidir! İlahi, Sənin elminin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən bəyənilən sözünün haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün sözlərin bəyəniləndir! İlahi, Sənin bütün sözlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, qəbul etdiyin ən sevimli hacətin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qəbul etdiyin bütün hacətlər sevimlidir! İlahi, Sənin qəbul etdiyin bütün hacətlərin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şərafətinin ən şərəfli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şərafətinin bütün dərəcələri şərəflidir! İlahi, Sənin şərafətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əbədi səltənətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün səltənətin əbədidir! İlahi Sənin bütün səltənətinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin mülkünün ən qiymətli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin mülkünün bütün dərəcələri qiymətlidir! İlahi, Sənin mülkünün bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ucalığının ən yüksək dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin ucalığının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin ucalığının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən qədim nemətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nemətlərin qədimdir! İlahi, Sənin bütün nemətlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əziz nişanənin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nişanələrin əzizdir! İlahi, Sənin bütün nişanələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm, Sənə and verirəm təklikdə uca məqamını və Sənə and verirəm təklikdə böyüklüyünü! İlahi, Səndən istəyir və Sənə and verirəm istədiyim zaman mənə cavab verdiklərini! Belə isə, duamı qəbul et, ey Allah!

Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının səhərlərində oxunan dua.

İltimas dua!

 

Etiketlər :

Səhər duası