Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

05 May 2024

23:25

۹۲۸

Xəbərin xülasəsi :
Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin (əleyhissəlam) bu gecədə əvvəlindən axırına kimi oxuyardı: İlahi, qürur (fani) evindən uzaqlaşıb, əbədi evə qayıtmağı və vaxtı çatmamışdan öncə ölümə hazırlığı mənə nəsib et!

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin leyhissəlam) bu gecədə əvvəlindən axırına kimi oxuyardı:

اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ

Əllahummərzuqnit təca­fi­yə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.

İlahi, qürur (fani) evindən uzaqlaşıb, əbədi evə qayıtmağı və vaxtı çatmamışdan öncə ölümə hazırlığı mənə nəsib et!

2. Gecəni oyaq qalmaq (Ehya saxlamaq)

3. İmam Hüseynin leyhissəlam) ziyarəti

4. Altı rükət namaz (iki rükət, iki rükət)

5. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı İbni Tavus peyğəmbərdən çoxlu fəzilətlə nəql edib.

6. On iki rükət (iki-iki) namaz. Hər rükətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:

اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا

Əllahu Əllahu rəbbi la uş­ri­ku bihi şəy`a, və la ət­təxizu min dunihi vəliy­ya.

Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmur və Ondan başqasına özümə dost (hami) seçmərəm.

Sonra ürəyin nə istəsə oxu. 

Daha sonra dörd dəfə deyirsən:

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

Subhanəlləhi vəlhəmdu lil­lahi və la ilahə illəl­lahu vəllahu əkbər.

Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.

Sonra deyirsən:

اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

Əllahu Əllahu rəbbi la uş­riku bihi şəy`a, və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.

Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmuram. Allah nə istəsə (o da olar). Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.

Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.

İltimas dua!

 

Etiketlər :

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri