pic
pic

Ramazan ayının iyirmi səkkizinci gecəsində oxunan dua

Xəbərin xülasəsi :
Ey hər şeyi bilən, ey böyük, ey bağışlayan, ey daim, ya Allah, ey varis, ey qəbirdə olanları dirildib qaldıran, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi səkkizinci gecəsində oxunan dua

يَا خَازِنَ اللَّيْلِ فِي الْهَوَاءِ وَ خَازِنَ النُّورِ فِي السَّمَاءِ وَ مَانِعَ السَّمَاءِ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلا بِإِذْنِهِ وَ حَابِسَهُمَا أَنْ تَزُولا يَا عَلِيمُ يَا عَظِيمُ يَا غَفُورُ يَا دَائِمُ يَا اللَّهُ يَا وَارِثُ يَا بَاعِثَ مَنْ فِي الْقُبُورِ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ

Ya xazinəl ləyli fil hə­va, və xazinən nuri fis sə­ma, və maniəs səmai ən təqəə ələl ərzi illa biiznih, və habisəhuma ən təzula, ya əli­mu ya əzimu ya ğəfuru ya daim, ya Əllahu ya varisu ya baisə mən fil qubur, ya Əl­lahu ya Əllahu ya Əllah, lə­kəl əsmaul husna, vəl əmsa­lul ulya, vəl kibriyau vəl ala, əs`əlukə ən tusəlliyə əla Mu­həmmədin və ali Mu­həmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfurəh, və ən təhə­bə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vər­zuq­ni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl ina­bəh, vət təvfiqə lima vəf­fəq­tə ləhu Mu­həmmədən və alə Muhəmməd, səlləllahu ələy­hi və ələyhim.

Ey gecəni havada, aydınlığı (gündüzü) səmada yerləşdirən, iznin olmadan səmanın yerə düşməsinə mane olan və onları fanilikdən saxlayan! Ey hər şeyi bilən, ey böyük, ey bağışlayan, ey daim, ya Allah, ey varis, ey qəbirdə olanları dirildib qaldıran, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!

 

Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrində oxunan dua.

İltimas dua!