Ramazan ayının sonuncu günündə olunan dualar

19 April 2024

03:26

۹۴۴

Xəbərin xülasəsi :
İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının sonuncu günündə olunan dualar

Mərhum Seyid axırıncı gün üçün dua nəql etmişdir ki, əvvəli “Əllahummə innəkə ərhəmur rahimin...”dir. Adətən belə gündə möminlər Quran xətm edirlər, yaxşı olar ki, xətmdən sonra ya Səhifəyi Səccadiyyənin 42-ci duasını, ya da Şeyxin Əmirəlmöminindən nəql etdiyi bu qısa duanı oxusun:

اللَّهُمَّ اشْرَحْ بِالْقُرْآنِ صَدْرِي وَ اسْتَعْمِلْ بِالْقُرْآنِ بَدَنِي وَ نَوِّرْ بِالْقُرْآنِ بَصَرِي وَ أَطْلِقْ بِالْقُرْآنِ لِسَانِي وَ أَعِنِّي عَلَيْهِ مَا أَبْقَيْتَنِي فَاِنَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِكَ

Əllahumməşrəh bil Qur`­ani sədri, vəstə`mil bil Qur`ani bə­dəni, və nəvvir bil Qur`ani bə­səri, və ətliq bil Qur`ani lisa­ni, və əinni ələyhi ma əbqəytəni, fəin­nəhu la həvlə və la quvvətə illa bik.

İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur.

Əmirəlmöminin nəql etdiyi bu duanı da oxusun:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ إِخْبَاتَ الْمُخْبِتِينَ وَ إِخْلاصَ الْمُوقِنِينَ وَ مُرَافَقَةَ الْأَبْرَارِ وَ اسْتِحْقَاقَ حَقَائِقِ الْإِيمَانِ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ وَ وُجُوبَ رَحْمَتِكَ وَ عَزَائِمَ مَغْفِرَتِكَ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ النَّجَاةَ مِنَ النَّارِ

Əllahummə inni əs`əlukə ix­batəl muxbitin, və ixla­səl mu­qi­nin, və murafəqətəl əbrar, vəs­tihqaqə həqaiqil iman, vəl ğənimətə min kul­li birr, vəs səlamətə min kulli ism, və vu­cubə rəh­mətikə və əzaimə məğ­fi­rətik, vəl fəvzə bil cən­nəti vən nəcatə minən nar.

İlahi, Səndən dərgahında baş əyənlərin xatircəmliyini, yəqin əhlinin ixlasını, xeyirxahların yoldaşlığını, imanın həqiqətlərini dərk etmək üçün ləyaqət, bütün yaxşılıqlardan faydalanmaq, bütün günahlardan qorunmaq (sağlamlıq), rəhmətinin vacibliyini, məğfirətinin səbəblərini, behiştə çatmağı və cəhənnəmdən qurtuluş istəyirəm!

Mənbə: Məfatihul cinan, Ramazan ayının axırıncı günündə edilən dualar

İltimas dua!

 

Etiketlər :

Ramazan ayının sonuncu günündə olunan dualar