pic
pic

Fitr bayramınız mübarək olsun

Xəbərin xülasəsi :
Mükafatlar gecəsi adlanan Fitr bayramı gecəsi yetişdikdə Allah-taala saleh əməl sahiblərinin mükafatlarını saya gəlməz dərəcədə əta edər. Elə ki, Fitr bayramının sübhü olar Allah-taala bütün şəhərlərə Öz mələklərini göndərər ki, keçid və küçələrdə, insanlardan və cinlərdən başqa bütün məxluqatın eşidəcəyi bir səslə belə desinlər: "Ey Muhəmməd ümməti! Kəramətli Allah-taalaya (bayram namazını əda etmək üçün) evlərinizdən xaric olun ki, O, sizin günahlarınlızı bağışlar və sizə bol-bol mükafatlar verəcəkdir

Bismilləhir-Rahmənir-Rahim

"Fitr" bayramı mübarək olsun!

Mübarək Fitr bayramının fəzilətləri barəsində dini mənbələrdə çoxsaylı hədislər vardır. Burada belə hədislərdən birini bir-neçə mərhələdə sizə təqdim edəcəyəm.

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) buyurur:

فَإِذَا كَانَتْ لَيلَةُ الْفِطْرِ وَ هِی تُسَمَّى لَيلَةَ الْجَوَائِزِ أَعْطَى اللَّهُ الْعَامِلينَ أَجْرَهُمْ بِغَيرِ حِسَابٍ
فَإِذَا كَانَتْ غَدَاةُ يوْمِ الْفِطْرِ بَعَثَ اللَّهُ الْمَلَائِكَةَ فِی كُلِّ الْبِلَادِ فَيهْبِطُونَ إِلَى الْأَرْضِ وَ يقِفُونَ عَلَى أَفْوَاهِ السِّكَكِ فَيقُولُونَ يا أُمَّةَ مُحَمَّدٍ اخْرُجُوا إِلَى رَبٍّ كَرِيمٍ  يعْطِی الْجَزِلَ وَ يغْفِرُ الْعَظِيمَ

Mükafatlar gecəsi adlanan Fitr bayramı gecəsi yetişdikdə Allah-taala saleh əməl sahiblərinin mükafatlarını saya gəlməz dərəcədə əta edər. Elə ki, Fitr bayramının sübhü olar Allah-taala bütün şəhərlərə Öz mələklərini göndərər ki, keçid və küçələrdə, insanlardan və cinlərdən başqa bütün məxluqatın eşidəcəyi bir  səslə belə desinlər: "Ey Muhəmməd ümməti! Kəramətli Allah-taalaya (bayram namazını əda etmək üçün) evlərinizdən xaric olun ki, O, sizin günahlarınlızı bağışlar və sizə bol-bol mükafatlar verəcəkdir...

 Mənbə: "Əmali", mərhum Şeyx Mufid, 27-ci məclis.

İltimas dua!



90 Görüş