Ərbəin ziyarəti

26 April 2024

04:44

۹۵۸

Xəbərin xülasəsi :
“Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarəti, ələ əqiq üzük taxmaq, alnını torpağa qoymaq, (namaz zamanı) “Bismilləhir- Rahmənir-Rahim” ifadəsini yüksək səslə demək”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ərbəin ziyarəti

Ərbəin, həzrət imam Huseyn əleyhissəlamın şəhadət günündən qırx gün keçən gündür. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyururb:

إنّ لِقَتلِ الحُسينِ حَرارَةً في‌ قُلوبِ المُؤمِنينَ لاتَبرُدُ اَبَداً

"Həqiqətən, həzrət Huseynin (əleyhissəlam) şəhadətindən möminlərin qəlbində heç zaman soyumayan bir istilik və hərarət yaradar" (1)

Həzrətin bu ecazkar kəlamının həqiqəti bu gün bütün insanlara aşkar olur və dünyanın dörd bir guşəsindən, yaşından asılı olmayaraq müsəlmanlar imam Huseynin (əleyhissəlam) ərbbəin mərasimində iştirak etməyə can atırlar. Bu əzəmətli mərasimi təsvir etmək üçün bunu demək kifayətdir ki, bu ərəfədə Həzrətin ziyarətində 20 milyondan artıq insan iştirak edir. Bir halda ki, hər il həcc mövsümündə iştirak edənlərin sayı 4-5 milyondan artıq olmur.

Lakin bu böyük təntənə və kəmali-şükuh, 1440 il keçdikdən sonra belə insanların İslam dininin paklığı və əziz Peyğəmbərimizə (sallallahu əleyhi və alih) və onun Əhli-Beytinə məhəbbət və inamdan doğur. Belə ki, tək Allaha inanan müvəhhid və təqvalı şəxslər Məsumların ziyarətini ümumilikdə və ərbəin ziyarətini xüsusi olaraq möminin nişanəsi və əlaməti olaraq tanıyırlar. Necə ki, İmam Həsən Əsgəri (əleyhissəlam) buyurur: 

" عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ‌ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ "

“Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarəti, ələ əqiq üzük taxmaq, alnını torpağa qoymaq, (namaz zamanı) “Bismilləhir- Rahmənir-Rahim” ifadəsini yüksək səslə demək”. (2)

Əza məclislərinin və Məsumların (əleyhimussəlam) ziyarətinin əsas məqsədi isə, onların xatirəsini həmişəlik canlı saxlamaq və bütün yüksək mənəvi dəyərləri yaşatmaqdır.

Mənbə:

1-"Mustədrəkul-vəsail", 10-cu cild, səh. 318.

2-"İqbalul-əmal", 3-cü cild, səh. 100; "Əvalil-ləali", 4-cü cild, səh.37.

İltimas dua!

 
Etiketlər :

Ərbəin ziyarəti