pic
pic

Həzrət Əbul-Həsən Rza əleyhissəlamın şiələrə tövsiyələri:

Xəbərin xülasəsi :
“Ey Əbduləzim! Mənim salamımı dostlarıma yetir və de ki, şeytanın onlara yol tapmasına imkan verməsinlər...Bir-birinin təhqir edilib hörmətdən düşməsinə çalışmasınlar. Çünki mən belə əhd etmişəm ki, hər kəs belə etsə və bizim dostlarımızdan birisini qəzəbləndirsə, Allah-taaladan istəyəcəm ki, bu dünyada onu ən ağır əzaba düçar etsin və axirətdə də ziyankarlardan qərar versin

Bismilləhir-Rahmənir-Rahim

Əbul-Həsən əleyhissəlamın şiələrə tövsiyələri:

عَنْ أَبِي الْحَسَنِ الرِّضَا عليه السلام:‏ قَالَ‏ يَا عَبْدَ الْعَظِيمِ أَبْلِغْ‏ عَنِّي‏ أَوْلِيَائِيَ‏ السَّلَامَ‏ وَ قُلْ لَهُمْ أَنْ لَا يَجْعَلُوا لِلشَّيْطَانِ عَلَى أَنْفُسِهِمْ سَبِيلًا وَ مُرْهُمْ بِالصِّدْقِ فِي الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ وَ مُرْهُمْ بِالسُّكُوتِ وَ تَرْكِ الْجِدَالِ فِيمَا لَا يَعْنِيهِمْ وَ إِقْبَالِ بَعْضِهِمْ عَلَى بَعْضٍ وَ الْمُزَاوَرَةِ فَإِنَّ ذَلِكَ قُرْبَةٌ إِلَيَّ وَ لَا يَشْتَغِلُوا أَنْفُسَهُمْ بِتَمْزِيقِ بَعْضِهِمْ بَعْضاً فَإِنِّي آلَيْتُ عَلَى نَفْسِي‏ إِنَّهُ مَنْ فَعَلَ ذَلِكَ وَ أَسْخَطَ وَلِيّاً مِنْ أَوْلِيَائِي دَعَوْتُ اللَّهَ لِيُعَذِّبَهُ فِي الدُّنْيَا أَشَدَّ الْعَذَابِ وَ كَانَ‏ فِي الْآخِرَةِ مِنَ الْخاسِرِينَ* وَ عَرِّفْهُمْ أَنَّ اللَّهَ قَدْ غَفَرَ لِمُحْسِنِهِمْ وَ تَجَاوَزَ عَنْ مُسِيئِهِمْ إِلَّا مَنْ أَشْرَكَ بِهِ أَوْ آذَى وَلِيّاً مِنْ أَوْلِيَائِي أَوْ أَضْمَرَ لَهُ سُوءاً فَإِنَّ اللَّهَ لَا يَغْفِرُ لَهُ حَتَّى يَرْجِعَ عَنْهُ فَإِنْ رَجَعَ وَ إِلَّا نَزَعَ رُوحَ الْإِيمَانِ عَنْ قَلْبِهِ وَ خَرَجَ عَنْ وَلَايَتِي وَ لَمْ يَكُنْ لَهُ نَصِيباً فِي وَلَايَتِنَا وَ أَعُوذُ بِاللَّهِ مِنْ ذَلِكَ‏

Əbduləzim Həsənidən nəql olunur ki, həzrət Əbul-Həsən (əleyhissəlam) ona belə buyurdu:

“Ey Əbduləzim! Mənim salamımı dostlarıma yetir və de ki, şeytanın onlara yol tapmasına imkan verməsinlər; onlara əmr et ki, danışarkən sədaqət və doğruluğu, əmanətə vəfa etməyi, faydasız və rabitəsiz məsələlər üstündə cədəl və mübahisədən uzaq olmağı, sükut edib düşünməyi riayət etsinlər; bir-birinin görüşünə gedib ziyarət etsinlər. Həqiqətən, bu deyilənləri riayət etmək mənə yaxın olmaq nişanəsidir. Bir-birinin təhqir edilib hörmətdən düşməsinə çalışmasınlar. Çünki mən belə əhd etmişəm ki, hər kəs belə etsə və bizim dostlarımızdan birisini qəzəbləndirsə, Allah-taaladan istəyəcəm ki, bu dünyada onu ən ağır əzaba düçar etsin və axirətdə də ziyankarlardan qərar versin.

Onları agah et ki, Allah-taala onların yaxşılıqlarını qəbul edəcək və pisliklərini bağışlayacaqdır, amma mütəsna olanlar o kəslərdir ki, Allaha şərik qoşalar, ya bizim dostlarımızdan birisinə əziyyət edələr, yaxud qəlblərində ona pislik və düşmənçilik bəsləyələr. Həqiqətən, Allah-taala belə insanı öz əməlindən dönməyincə bağışlamaz və əgər peşmanlıq edib pislikdən əl götürsə onu bağışlar. Bundan qeyri olsa, Allah imanın ruhunu onun qəlbindən qoparar, onu bizim vilayətimizdən xaric edər və vilayətimizdən ona bir şey nəsib olmaz. Allah-taalaya belə olan bir halda pənah aparıram.”

İltimas dua!

Mənbə: “Əl-İxtisas”, mərhum Şeyx Mufid, səh. 247