pic
pic

Həzrət Fatiməi-Məsumənin ziyarətinin fəziləti

Xəbərin xülasəsi :
Agah olun Cənnətin səkkiz qapısı vardır və bu qapıların üçü Qum şəhərinə tərəfdir. Bu şəhərdə mənim övladlarımdan Fatimə binti Musa adlı bir xanım dəfn olunacaqdır. Onun şəfaəti ilə mənim şiələrim bütünlüklə Cənnətə daxil olacaqlar

 

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Məsumənin ziyarətinin fəziləti

 

Mərhum Əllamə Əmini “Əl-Qədir” kitabında yazır: Şəmsuddin Əbul-Xeyr Dəməşqi Şafei özünün “Ənsəl mətalib” adlı kitabında həzrət Əli ibn ƏbiTalibin (əleyhissəlam) fəzilətləri barəsində söz açaraq belə deyir: “İndiyə kimi “Qədir Xum” hədisini nəql edən muhəddislər silsiləsindən gördüyüm ən lətif və gözəgəlimli sənəd ustadım Bəkr ibn Qəsrinin vasitəsilə mənə yetişən muhəddislər silsiləsidir. Bu sənəddə belə qeyd olunub: İmam Musa ibn Kazimin qızı Fatiməi-Məsumə, imam Sadiq əleyhissəlamın qızı Fatimədən, o da imam Baqir əleyhissəlamın qızı Fatimədən, o da imam Zeynəl-abidin əleyhissəlamın qızı Fatimədən, o da imam Huseyn əleyhissəlamın qızı Fatimədən, o da Əmirəl- möminin Əli əleyhissəlamın qızı Ummu Kulsumdən, o da həzrət Fatiməi-Zəhradan (əleyhasəlam) nəql edir ki, buyurur:

"أنسيتم‏ قول‏ رسول‏ اللّه‏ صلّى‏ اللّه‏ عليه‏ و آله و سلّم يوم غدير خم «من كنت مولاه فعلي مولاه» و قوله صلّى اللّه عليه و آله و سلّم: «أنت مني بمنزلة هارون من موسى عليهما السّلام»؟!"

“Unutdunuzmu ki, həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) Qədir-Xum günündə buyurdu: Hər kəsin mən mövlasıyamsa, Əli də onun mövlasıdır?! Həmçinin buyurdu: Əlinin mənim yanımda olan məqamı, Harunun həzrət Musanın yanında olan məqamına bənzəyir?!”[1]

Həzrət imam Sadiq əleyhissəlam xanım Fatiməyi-Məsumənin ziyarətinin fəziləti barəsində buyurur:

"عَنِ الصَّادِقِ عليه السلام أَنَّهُ قَالَ: إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ أَلَا وَ إِنَ‏ لِأَمِيرِ الْمُؤْمِنِينَ‏ حَرَماً وَ هُوَ الْكُوفَةُ أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِم‏"

Agah olun Allah-taalaya (əzzə və cəllə) məxsus olan hərəm vardır və o, Məkkədir; agah olun Rəsuləllaha (sallallahu əleyhi və alih) məxsus hərəm vardır və o, Mədinədir; agah olun Əmirəl-mömininə (əleyhissəlam) məxsus hərəm vardır və o, Kufədir; agah olun həqiqətən Qum, kiçik Kufədir; agah olun Cənnətin səkkiz qapısı vardır və bu qapıların üçü Qum şəhərinə tərəfdir. Bu şəhərdə mənim övladlarımdan Fatimə binti Musa adlı bir xanım dəfn olunacaqdır. Onun şəfaəti ilə mənim şiələrim bütünlüklə Cənnətə daxil olacaqlar.”[2]

Həzrət imam Sadiq əleyhissəlam buyurur:

"رُوِيَ عَن‏ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قال: إِنَ‏ لَنَا حَرَماً وَ هُوَ بَلْدَةُ قُمَّ وَ سَتُدْفَنُ فِيهَا امْرَأَةٌ مِنْ أَوْلَادِي تُسَمَّى فَاطِمَة فَمَنْ زَارَهَا وَجَبَتْ لَهُ الْجَنَّةُ، قَالَ الرَّاوِي وَ كَانَ هَذَا الْكَلَامُ مِنْهُ قَبْلَ أَنْ يُولَدَ الْكَاظِمُ عَلَيْهِ السَّلَام‏"

 “Nəql edilir ki, həzrət imam Sadiq əleyhissəlam buyurdu: Bizə məxsus olan hərəm vardır və o hərəm Qum şəhəridir. Tezliklə o şəhərdə mənim övladlarımdan olan bir xanım dəfn ediləcəkdir. Hər kəs onu ziyarət etsə, Behişt ona vacib olar. Ravi deyir ki, Həzrət bu kəlamı buyurduğu zaman hələ imam Kazim əleyhissəlam dünyaya gəlməmişdir.”[3]

 

İltimas dua

 

Mənbələr:

[1] Əl-Qədir”, 1-ci cild, səh. 358

[2] “Biharul-ənvar”, 60-cı cild, səh. 228 (Qazi Nurullah Şuştərinin “Məcalisul-möminin” kitabına istinad olaraq)

[3] “Biharul-ənvar”, 60-cı cild, səh. 216-217