Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı
15 October 2026
01:10
۱,۱۴۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramıHicri qəməri
1440-cı il rəcəb ayının 27-si, miladi 2019-cu il aprel ayının 3-ü tarixin ən
böyük və təsirli hadisələrindən biri olan həzrət Peyğəmbər-əkrəm Muhəmməd ibn
Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin
insanlara elan edilməsi, “məbəs” bayramı günüdür.
Məhz bu elandan
sonra həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) insanları Quranın və İslam şəriətin
göstərişlərinə əməl etməyə çağırmış və yer üzərində Allah-taalanın sonuncu
dininin qanunlarının bərpa edilməsi ilə bəşəriyyətə müjdə vermişdir.
Sevinc və şadlıqla
yad edilən bu əzəmətli gündə bütün müsəlmanları, xüsusən əziz Peyğəmbərimizin (sallallahu
əleyhi və alih) və onun sevimli Əhli-Beytinin (əleyhimussəlam) göstərişləri əsasında
İslamı öz yaşayışlarında uca və şərəfli tutan mömin bacı və qardaşları ürəkdən
təbrik edirik.
Iltimas dua!