Mübarək ramazan ayının gəlişi

14 May 2024

16:48

۸۹۳

Xəbərin xülasəsi :
Hicri qəməri 1440-cı il ramazan ayının əvvəli miladi tarixi 2019-cu il may ayının 7-si ilə mütabiqdir. Bu əzəmətli və bərəkətli ayın gəlişi münasibətilə bütün möminləri təbrik edir və onlara bu İlahi ziyafətdə layiqli iştirak etməyi arzulayırıq
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Mübarək ramazan ayının gəlişi

Hicri qəməri 1440-cı il ramazan ayının əvvəli miladi tarixi 2019-cu il may ayının 7-si ilə mütabiqdir. Bu əzəmətli və bərəkətli ayın gəlişi münasibətilə bütün möminləri təbrik edir və onlara bu İlahi ziyafətdə layiqli iştirak etməyi arzulayırıq. 
Allah-taala müqəddəs Quranında bu ayın fəzilətləri ilə baqlı çoxlu ayələr buyurmuşdur, o cümlədən, buyurur:
"شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآَنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ"
“İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günləri orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Allaha təkbir deməklə təzim və şükür edəsiniz.”

Ramazan ayı, aləmlərin Rəbbinin ayı və ən yaxşı aydır. Səmanın, cənnətin və ilahi rəhmətin qapılarının açıldığı bir aydır. Cəhənnəm isə qapıları bağlanır. Bu ayda elə bir gecə var ki, o gecədə ibadət etmək min gecənin ibadətindən üstündür. Öz gecə-gündüzünüzü necə keçirməyiniz barədə düşünün və öz bədən üzvlərinizi Allahın günahlarından necə qorumağınız haqda fikirləşin.

Məbada, gecələri yuxuda və gündüzləri Allahdan qəflətdə olasan. Rəvayət edilmişdir ki, Ramazan ayının hər gününün axırında iftar vaxtı Allah taala bir milyon insanı cəhənnəm odundan azad edir. Cümə axşamı və cümə günü hər saatda bir milyon adamı əzab çəkməyə məhkum olmuşları cəhənnəm odundan azad edir. Bu ayın axırıncı gecəsi və gündüzü, bütün ayda azad etdiyi qədər Allah taala cəhənnəm odundan insanı azad edər.

Beləsə, ey əziz bəndə, məbada bu ay qurtarsın sənin günahların hələdə bağışlanmasın və oruc tutanlar öz müzdlərini alanda sən əliboş qalasan. Bu ayın gecə və gündüzlərində Quran oxumaqla, həmçinin namaz qılıb daha çox ibadət etməklə və xüsusilə, namazları fəzilət vaxtlarında qılaraq çoxlu dua edib istiğfar etməklə Allah taalaya yaxınlaşın!

İltimas dua!


Etiketlər :

Mübarək Ramazan ayının gəlişi