Ramazan ayının gecələrinin müştərək əməlləri

19 April 2024

05:26

۸۷۱

Xəbərin xülasəsi :
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə (əleyhimussəlam) salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının gecələrinin müştərək əməlləri

1. Məğrib olduqda iftar etmək. Əgər namazda “hüzuri-qəl­bə” mane olan zəiflik hiss etmirsə və ya onu başqaları gözlə­mirsə, şam namazından sonra iftar etmək müstəhəbdir.

2. Haram və şübhədən uzaq olan pak yemək və içməklə if­tar etsin. Ən yaxşısı halal xurma ilə iftar etməkdir, o, namazın savabının artmasına da səbəb olar. Həmçinin ilıq su, süd, halva və nabat ilə iftar açmaq da yaxşıdır.

3. İftar etdikdə məsumlardan söylənilən duaları oxusun, o cümlədən:

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ

Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə tə­vək­kəlt.

İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim.

بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs səmiul əlim.

Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!

4. Birinci tikəsində desin:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Bismillahir rəhmanir rəhim, ya vasiəl məğfirəti iğfir li.

Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!

5. İftar vaxtı “Qədr” surəsini oxumağın böyük savabı vardır.

6. İftar vaxtında dua etmək çox yaxşıdır. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: oruc tutan şəxs üçün hər gün iftar zamanında bir qəbul olunmuş dua vardır.[1]

7. Sədəqə etmək və oruc tutanlara bir xurma, ya bir içim şərbətlə olsa belə, iftar vermək.

8. Məğribdən sonra “Həcc” duasını oxumaq.

9. Həmçinin çoxrlu Quran oxumaq, məxsusən “Qədr” və “Duxan surələrini.

10. Seyid rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar:

اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ

Əllahummə rəbbə şəhri raməzanəlləzi ənzəltə fi­hil Qur`­an, vəftərəztə əla iba­dikə fihis siyam, səlli əla Muhəmmədin və ali Mu­həmməd, vərzuqni həccə bəy­tikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəin­nəhu la yəğfiruha ğəyruk, ya Rəhi­mu ya Əllam.

İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə (əleyhimussəlam) salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!

11. Hər gecə “İftitah” duasını oxumaq.

İltimas dua!



[1] “Əl-iqbal”, səh. 116; “Bələdul-əmin”, səh. 232





Etiketlər :

Ramazan ayının gecələrinin müştərək əməlləri