Qədir Xum bayramı; Əmirəl-möminin həzrət Əli əleyhissəlamın imaməti

24 April 2024

20:57

۹۷۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il zil-hiccə ayının 18-i, miladi 2019-cu il avqust ay;nın 20-i müqəddəs Məkkə ətrafında Qədiri-Xum adlanan bir məntəqədə Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əl ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması və həzrət Əli əleyhissəlamın müsəlman ümmətə Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini təyin edilməsi günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədir Xum bayramı; Əmirəl-möminin həzrət Əli əleyhissəlamın imaməti

Hicri-qəməri 1440-cı il zil-hiccə ayının 18-i, miladi 2019-cu il avqust ay;nın 20-i müqəddəs Məkkə ətrafında Qədiri-Xum adlanan bir məntəqədə Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əl ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması və həzrət Əli əleyhissəlamın müsəlman ümmətə Peyğəmbərin (sallallahu əleyhi və alih) canişini təyin edilməsi günüdür.

Bu müqəddəs və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-beyt əleyhimussəlama, xüsusən həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyirik, eləcə də bütün mömin bacı və qardaşlara gözünüz aydın və könlünüz şad olsun deyərək bu gözəl zikri qəlbimizdə sevinc və iftixar hissi ilə dilə gətiririk:

الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلاَيَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلاَمُ

“Bütün həmdü-sənalar bizi Əmirəl-möminin (Əli əleyhissəlamın) və Məsum imamların vilayətində qərar verib onların davamçıları sırasında olmaqla şərəfləndirən Allah-taalaya məxsusdur!”

İltimas dua!


Etiketlər :

Qədir Xum bayramı; Əmirəl-möminin həzrət Əli əleyhissəlamın imaməti