Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) təvəllüdü
15 October 2026
22:11
۸۲۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Hicri-qəməri 1441-cı il cumadis-saniyə ayının 20-i, miladi 2020 fevralın 15-i, həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) gözünün işığı, ürəyinin parası, ruhu və canı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) həyat yoldaşı və himayədarı, imam Həsən, imam Huseyn, həzrət Zeynəb və Ummu Külsümün mehriban anası və tərbiyəvi müəllimi, iki dünya xanımlarının ən şərəflisi həzrət Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür. Bu gün bütün dünya müsəlmanları üçün əlamətdar və şərəfli gün olmaqla bərabər, varlıq aləminin ən zəhmətkeş və dəyərli insanları olan mehriban anaların bayramı və böyük sevinc günüdür. Bütün əziz bacı və anaları bu əzəmətli gün münasibətilə təbrik edir və onlara həzrət Zəhranın (əleyhasəlam) yolunun həqiqi davamçıları olmağı arzulayırıq.
İltimas dua!