Həzrət imam Əli ibn Muhəmməd əleyhiməssəlamın dövrünün xəlifələri ilə rəftarı

08 May 2024

05:55

۶۲۷

Xəbərin xülasəsi :
Əhli-Beyt imamları əleyhimussəlam yaşadıqları dövrdə bir sıra zalım xəlifələrin təzyiqi və düşmənçiliklərinə məruz qalmışlar. İmam Əli ibn Muhəmməd əleyhiməssəlam da bu cəhətdən müstəsna olmamışdır, o Həzrət, öz dövründə Abbasi xəlifəsi Mütəvəkkil tərəfindən ciddi nəzarət altına alınmış və bütün davranışları xəlifəyə çatdırılırdı. Amma buna baxmayaraq Həzrət xəlifənin ona qarşı hər hansı bir bəhanədən istifadə etməsinə şərait yaratmırdı...
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İmam Əli ibn Muhəmməd əleyhiməssəlamın dövrünün xəlifələri ilə rəftarı

Tarix alimi Məsudi yazır: Mütəvəkkilin məmurları İmam Əliyyən-Nəqinin (əleyhissəlam) evinə tökülüb, axtarışdan bir şey tapmadıqlarını Mütəvəkkilə xəbər verdilər. O, məclisdə şərab içib məst olmuşdu. Göstəriş verir ki, İmamı öz evindən onun yanına gətirsinlər. Həzrəti gətirirlər. O, İmama (əleyhissəlam) ehtiram göstərib yanında otuzdurur, ona şərab camını təklif edir. Həzrət buyurur: Şərab, heç vaxt mənim canıma və ətimə daxil olmayıb. Məni üzürlü hesab et. Mütəvəkkil dedi: Mənə şer oxu! Həzrət buyurdu: Mənim şerlə o qədər də ünsiyyətim yoxdur. O israr edir. Həzrət bu məzmunda şer buyurur:

"Bir müddət uca qəsrlərdə yaşadılar, onların qorunması özlərinin əsgərlərinin boynunda idi. Lakin, uca qüllələr, onlara fayda vermədi. Azad və izzətlə yaşadıqları qalalardan endilər, qəbir çökəkliklərində məskun oldular. Necə də pis yerə düşdülər. Nida edən, onların dəfnindən sonra car çəkdi: Onların tacları və zinətləri və qol bağları hara getdi? Gülər üzlər necə oldu? Unuduldular və itdilər. Bu vaxt qəbirdən bir səs ucalır: O üzlər qurd-quşlara yem oldular. Çox günləri yeyib-içdilər. Halbuki, günlərin birində özləri yeyilmiş olub, xırdalandılar.


Bəli! Budur ibrətamiz baxış! Çox heyif ki, Mütəvəkkilə fayda vermədi.


Etiketlər :

Həzrət imam Əli ibn Muhəmməd əleyhiməssəlamın dövrünün xəlifələri ilə rəftarı