Rəcəb ayının fəziləti və əməlləri

07 May 2024

19:36

۶۹۶

Xəbərin xülasəsi :
Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcə yüksək aylardandır. Bu barədə çoxlu hədislər gəlmişdir. Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır. Rəcəb ayı Allahın, Şəban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Rəcəb ayının fəziləti və əməlləri

Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcə yüksək aylardandır. Bu barədə çoxlu hədislər gəlmişdir. Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır. Rəcəb ayı Allahın, Şəban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar. İmam Kazimdən (ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar. Başqa yerdə buyurur:- Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq. İmam Sadiqdən (ə) peyğəmbərin belə buyurduğu nəql olunur:- Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır. Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:-Əstəğfirullahə və əs`əluhut tovbə. İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, o, belə dedi:- Rəcəb ayından bir neçə gün qalmış İmam Sadiqin(ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək mənə buyurdu:- Heç bu ayda oruc tutmusan? Dedim:- Xeyr, ey peyğəmbər övladı! Buyurdu :- Sənin qədər savabı əldən verməyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı başqa aylardan üstün tutub, ona böyük hörmət qoyub. Onda oruc tutanı özünə əziz eləməyi vacib bilib. Sonra soruşdum:- Ey peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam oruc tutanların savabına yetişərəm? Buyurdu:- Ey Salim, əgər bu ayın axırıncı günün kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç gününü oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.

Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ

Subhanəl ilahil cəlil, sub­hanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.

Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.

 


Etiketlər :

Rəcəb ayının fəziləti və əməlləri