Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

05 May 2024

13:08

۶۶۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il rəcəb ayının 13-ü, miladi 2020-ci il, mart ayının 8-i müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət nümunəsi, həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

Hicri-qəməri 1441-ci il rəcəb ayının 13-ü, miladi 2020-ci il, mart ayının 8-i müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət nümunəsi, həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür. Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət İmam Sahib Zaman əleyhissəlama, eləcə də bütün ədalətsevər millətlərə, xüsusən əziz mömin bacı-qardaşlara təbrik və gözünüz aydın olsun deyirik. Arzu edirik Allah-təala bizlərə həqiqətən o Həzrəti sevənlər sırasında yer versin və günü-gündən qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətin artırsın. Amin ya Rəbbəl-aləmin!


Etiketlər :

Həzrət Əmirəl-möminin imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu