Koronavirusun “Zühur” əlaməti olması barədə edilən suala Hörmətli alimin cavabı

20 April 2024

04:22

۶۷۳

Xəbərin xülasəsi :
Tarixdə buna oxşar hadisələr, bəlalar və xəstəliklər, bəzən şiddətli və bəzən də zəif halda çox baş vermişdir, odur ki, bu xəstəliyi heç də “Zühur” və ya onun yaxın olması əlaməti kimi adlandırmaq olmaz.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir Rahim

Hörmətli Ayətullah Fazil Lənkərani həzrətlərinə (uzun ömür arzulayaraq) salam ərz edirik

İctimai şəbəkələrdə dini və etiqadi məsələlər haqda şayeələrin yayıldığı bir zamanda Cənabınızın “Məhdilik” mövzusunda geniş məlumata malik olduğunuzu nəzərə alaraq, hazırki xəstıəliklə bağlı qarşılaşdığımız məsələlərin “Axiruz-zəman” hadisələri ilə mütabiq olması və bunun “Zühur” əlamətlərindən saya gəlməsi kimi dillərdə gəzən danışıqlar barədə nəzərinizi bilmək istərdik?

Böyük Allahın adı ilə

“Zühur” əlamətləri təyin edilmiş məsələlərdən sayılır, odur ki, bu barədə etibarlı mənbələrdə qeyd olunanlarla kifayətlənmək gərəkdir. Dini mənbələrə əsasən bu dövrün hadisələri “Zühur” əlamətləri kimi qeydə alınmamışdır. Ona görə də bu hadisənin o əlamətlərə əlavə edilməsini, elmi əsası olmayan mühakimə nümunəsi, hətta dinin təhrifi kimi adlandırmaq lazımdır. Tarix boyu bəzən daha şiddətli, bəzən bir qədər zəif halda buna oxşar hadisələr, bəlalar və xəstəliklər dəfələrlə baş vermişdir, odur ki, bu xəstəliyi heç də “Zühur” və ya onun yaxın olması əlaməti kimi adlandırmaq düzgün deyil.

Həqiqi “İntizar”ın əsaslı nişanələrindən biri budur ki, dinin təhrif edilməsinin qarşısı alaq, heç bir dəlili olmadan cəmiyyətin və cavanların fikrini həqiqəti olmayan məsələlərə yönəltməyək, hətta təəccüblü və böyük təsirə malik olsa belə, hər bir hadisəni “Zühur” əlamətlərindən saymaq olmaz.

Məhəmmədcavad Fazil Lənkərani

15 fərvərdin 1399-cu şəmsi ili/ 3 aprel 2020-ci miladi ili



Etiketlər :

Koronavirusun “Zühur” əlaməti olması barədə edilən suala Hörmətli alimin cavabı