Koronavirus günlərində oruc tutmaqla əlaqədar sual və cavab
03 May 2024
08:28
۶۷۱
Xəbərin xülasəsi :
Koronavirus günlərində oruc tutmaqla əlaqədar sual və cavab
Ayətullah Məhəmmədcavad Fazil Lənkərani həzrətlərinə (ömrü uzun olsun)
Salamun aleykum
Hörmətlə! Hüzurunuza ərz olunur ki, "koronavirus"un yayılmasını və bəzi məsul həkimlərin -İnsan hər bir neçə dəqiqə fasiləsində müəyyən qədər su içərsə, bu virusa yoluxmaz-dediklərini nəzərə alsaq, mübarək ramazan ayında bu virusa yoluxma davam edərsə, oruc tutmaqla bağlı möminlərin vəzifəsi nədir?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
1- Xəstə olan şəxslər və oruc tutduqda xəstəlikləri ağırlaşan, ya müalicə olmaları təxirə düşərsə, onlara oruc tutmaq vacib deyil və gərək oruclarını başqa bir zamanda tutsunlar.
2- Sağlam olan, lakin oruc tutmaları səbəbinə ağlabatan ehtimala əsasən xəstələnəcəkləri gözlənilən şəxslərə oruc tutmaq vacib deyil və oruc tutduqları halda orucun batil olması da nəzərə gəlir. Bəzi hədislərdə deyilir:
"الصَّائِمُ إِذَا خَافَ عَلَى عَيْنَيْهِ مِنَ الرَّمَدِ أَفْطَرَ"
“Oruc tutan şəxs, əgər oruc səbəbinə gözağrısına tutulmaqdan qorxursa, gərək iftar etsin (və oruc tutmasın).”
3- Əgər mütəxəssis həkimlər insanların koronavirusa yoluxmaması üçün hər bir neçə dəqiqə arasında bir dəfə su içmələrini lazım bilsələr, orucun vacib olması onlardan saqitdir və öz etibarını itirir. Ancaq evdə qalacaqları və virusa yoluxmayacaqları hal müstəsnadır; bu halda üzürlü və daha əhəmiyyətli bir işə xatir evdən çıxmaları lazım gəlməzsə, onların evdə qalmaları vacibdir.
Məhəmmədcavad Fazil Lənkərani