“Viran etmə” günü-Yəvmul-hədm

16 April 2024

23:49

۶۸۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1344-cü il şəvval ayının 8-i vəhhabilər müqəddəs Məkkəni işğal etdikdən sonra Əbdul Əziz ibn Səudun sərkərdəliyi ilə Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhəri Mədinəyə üz tutdular. Şəhəri mühasirə etdikdən və bu müqəddəs məkanın müdafiəçiləri ilə döyüşdükdən sonra nəhayət oranı işğal etdilər. Osmanlı məmurları oradan xaric etdilər, Bəqi qəbiristanlığında yerləşən Məsum imamların (əleyhimussəlam) və digər şəxslərin qəbirlərini viran etdilər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

“Viran etmə” günü-Yəvmul-hədm

Hicri-qəməri 1344-cü il şəvval ayının 8-i vəhhabilər müqəddəs Məkkəni işğal etdikdən sonra Əbdul Əziz ibn Səudun sərkərdəliyi ilə Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhəri Mədinəyə üz tutdular. Şəhəri mühasirə etdikdən və bu müqəddəs məkanın müdafiəçiləri ilə döyüşdükdən sonra nəhayət oranı işğal etdilər. Osmanlı məmurları oradan xaric etdilər, Bəqi qəbiristanlığında yerləşən Məsum imamların (əleyhimussəlam) və digər şəxslərin qəbirlərini viran etdilər. O cümlədən, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu cənab İbrahimin, o həzrətin xanımlarının, həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) anası Ummul-Bəninin, Peyğəmbərin Atası Abdullahın, həzrət imam Sadiqin (əleyhissəlam) oğlu İsmailin və bir cox qəbiri dağıtmağa məşğul oldular. İsfahan şəhərində düzəldilmiş və imam Həsən Muctəba, imam Səccad, imam Baqir və imam Sadiqin (əleyhimussəlam) qəbirləri üzərində yerləşmiş polad zərihi yerindən qoparıb apardılar. 

Amma bu onların müqəddəs Mədinəyə ilk hücumları deyildir. Onlar hicri 1221 ci ildə Mədinəyə hücum etmiş, o şəhəri bir il yarım müddətində mühasirə etdikdən sonra oranı işğal etmişlər. İşğal etdikdən sonra Peyğəmbərin (sallallahi əleyhi və alih) müqəddəs məzarında mövcud olan qiymətli və əntiq əşyaları qarət edib, Bəqi qəbiristanlığını qarət və xarab etmişlər.

Tarixə əsasən onlar bu hücumda almaz, yaqut və digər cavahirlərlə dolu sandıqları, dəstəkləri xalis qızıl, yaqut və zümrüd və qiymətli cavahirlərlə işlənmiş təqribən yüz dəyərli qılıncı talayıb aparmışlar. Bu da, onların müqəddəs İslam torpaqlarına heç də ilk təcavüzləri deyildir. Vəhhabi tarixçisi və yazıçısı Səlahəddin Muxtar özünün “Tanıdığınız Səudiyyə Ərəbistanı məmləkətinin tarixi” kitabında vəhhabilərin iftixar etdikləri bir sıra məsələləri, o cümlədən, müqəddəs Kərbəla şəhərinə hücumlarını belə şərh edir: “1216 cı ildə Səudiyyə əmiri Nəcd, Hubub, Hicaz, Təhamə və digər məntəqələrdən olan böyük bir kütlə ilə İraq məmləkətinə doğru hərəkət etdilər. Zil-qəədə ayında Kərbəlaya yetişdilər və oranı mühasirə etdilər. Qoşun şəhərin divarlarını və giriş darvazasını xarab edərək zorla şəhərə daxil oldular. Bir çox insanı küçələrdə, bazarda və evlərində qətlə yetirdilər və zöhr vaxtına yaxın çoxlu mal və qənimətlə şəhərdən xaric oldular. Sonra Əbyəz adlı bir məhəllədə toplandılar, qarət edilmiş mal-dövlətin beşdə birini Səud özünə götürdü və qalan hissəni, hər bir atlıya iki pay və atsıza bir pay hesabı ilə bölüşdürdü. (Çünki onlar bu hərəkəti kafirlərlə döyüş və onların qarəti kimi qiymətləndirirdilər)

(ardını izləyin)


Etiketlər :

Şəvval ayının 8-i müqəddəs Bəqi qəbiristanının vəhhabilər tərəfindən viran edilməsi