“Viran etmə” günü-Yəvmul-hədm

23 April 2024

21:46

۶۳۶

Xəbərin xülasəsi :
İmam Huseyn əleyhissəlamın qəbrinin üzərindəki günbədi viran etdilər və qəbirin üstündə olan zümrüd, yaqut və digər cavahirlər qoyulmuş sandığı qarət etdilər. Həmçinin şəhərdə ələ keçən hər bir qiymətli əşyanı, o cümlədən, mal-dövlət, silah, paltar, xalça, qızıl, gümüş və nəfis Quranlar və s. talan etdilər və zöhr vaxtına yaxın Kərbəla camaatından 2000 nəfərə qədər öldürdükdən sonra şəhərdən çıxdılar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

“Viran etmə” günü-Yəvmul-hədm

(ardı)

Osman ibn Boşr adlı vəhhabi tarixçilərindən basqa birisi Kərbəlaya hücum barəsində belə yazır: “...Qəbrin (yəni imam Huseyn əleyhissəlamın qəbrinin) üzərindəki günbədi viran etdilər və qəbirin üstündə olan zümrüd, yaqut və digər cavahirlər qoyulmuş sandığı qarət etdilər. Həmçinin şəhərdə ələ keçən hər bir qiymətli əşyanı, o cümlədən, mal-dövlət, silah, paltar, xalça, qızıl, gümüş və nəfis Quranlar və s. talan etdilər və zöhr vaxtına yaxın Kərbəla camaatından 2000 nəfərə qədər öldürdükdən sonra şəhərdən çıxdılar.

Təəccüblü burasıdır ki, adı çəkilən tarixçi öz kitabının adını “Əl-Məcd fi tarixi Nəcd” adlandırmış və nu hadisələri vəhhabiyyət üçün əzəmət, şövkət və şan-şöhrət kimi qiymətləndirmişdir.

Amma yalnız şiələr və onların müqəddəs məkanları vəhhabilərin öz şöhrət və şövkətlərini nümayiş etdirdikləri yeganə məkanlar deyil, müqəddəs Məkkə şəhəri və Taif də onların hücümlarından amanda qalmamışdır. Cəmil Sudqi Zəhavi Taif şəhərinin fəth edilməsi barədə yazır: “Anasının sinəsi üzərində südəmər körpənsinin başını kəsdilər, Quranın təlimi ilə məşğul olan bir dəstəni qətlə yetirdilər, evlərdə heç kəs qalmadıqdan sonra dükanlara, məscidlərə yollandılar və qarşıya çıxan hər bir kəsi, hətta rüku və səcdə halında olan insanları öldürdülər. Orada olan Qurani-məcidləri və Səhih Buxari və Muslim və digər fiqh və hədis kitablarını küçə və bazara töküb ayaq altında paymal etdilər.

Məhəmməd ibn Əbdul-Vəhhabın tərəfdarlarının belə hadisələri törətmələri heç də təəccüblü deyildir. Onlar elə bir insanın tərəfdarları idi ki, o, bütün müsəlmanları kafir və müşrik adlandırmış, Məkkə və Mədinə şəhərlərini vəhhabilərin əlinə keçməzdən öncə “Darul-hərb” və “Darul-kufr” adlandırmışdı. “Əd-Durərus-səniyyə” kitabında belə oxuyuruq: “O (Məhəmməd ibn Əbdul-Vəhhab), Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat çevirməyi qadağa etmişdir və onu eşitdikdə narahat olurdu, salavat deyənə əziyyət etdirib ən ağır tərzdə cəzalandırırdı. Hətta gözləri kor, lakin xoş səsli azan deyən bir dindar kişi onun sözünə əməl etməyib Peyğəmbərə salavat çevirdikdə fərman verib onu qətlə yetirtdi. Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat çevirmək haqda yazılmış çoxlu kitabları oda atıb yandırtmış və öz tərəfdarlarına Quranı öz düşüncələrinə uyğun təfsir etməyə icazə vermişdi.

Məhəmməd ibn Əbdul-Vəhhab öz növbəsində səkkizinci əsirdə yaşayan Hənbəli İbn Teymiyyənin əqidəsində olmuşdur. İbn Teymiyyədən onun əqidəsi barədə çox təəccüblü əqidələr nəql edilmişdir, o cümlədən, o, Allah-taalanı cism bilmişdir. Allahın müqəddəs zatının əli, ayağı, gözü, dili və ağzı olduğunu iddia etmişdir. Məşhur dünya səyahətçisi İbn Bətutə öz “Səfərnamə”sində yazır: “Dəməşqin Came məscidinin minbəri üzərində İbn Teymiyyəni gördüm ki, belə deyirdi: Necə ki, mən indi bu minbərdən aşağı gəlirəm, Allah taala da dünyanın səmasına enir, sonra minbərdən bir pillə aşağı gəlirdi...”

Onun əqidələri o qədər yüngül və dəyərsiz idi ki, əhli-sünnə özləri onu zindana atmışlar və onun əqidələrinin rədd edilməsi haqda çoxlu kitablar yazmışlar.

(ardını izləyin)


Etiketlər :

Şəvval ayının 8-i müqəddəs Bəqi qəbiristanının vəhhabilər tərəfindən viran edilməsi