“Viran etmə” günü-Yəvmul-hədm

29 March 2024

13:12

۶۴۶

Xəbərin xülasəsi :
Bu uzun illərdən bəri vəhhabilərin əməlləri və əqidələri gölməçəsindən kiçik bir damladır. Bir sıra istər şiə, istərsə də sünni alimləri vəhhabilərin çürük əqidələrinin rəddində kitablar yazmış və onların müxtəlif şübhələrinə cavab vermişlər. Onların müzakirə etdikləri şübhələrdən biri qəbirlərin üzərində tikinti salmaq haqqındadır. Onlar qəbirin üzərində, istər məscid ola, istərsə də adi tikinti ucaltmağı haram bilirlər. Burada onların qeyd edilən şübhəsinə qısa cavab verməyə çalışacağıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

“Viran etmə” günü-Yəvmul-hədm

(ardı)


Bu uzun illərdən bəri vəhhabilərin əməlləri və əqidələri gölməçəsindən kiçik bir damladır. Bir sıra istər şiə, istərsə də sünni alimləri vəhhabilərin çürük əqidələrinin rəddində kitablar yazmış və onların müxtəlif şübhələrinə cavab vermişlər. Onların müzakirə etdikləri şübhələrdən biri qəbirlərin üzərində tikinti salmaq haqqındadır. Onlar qəbirin üzərində, istər məscid ola, istərsə də adi tikinti ucaltmağı haram bilirlər. Burada onların qeyd edilən şübhəsinə qısa cavab verməyə çalışacağıq.

Birinci demək lazımdır ki, müqəddəs Quranın Kəhf surəsinin 21-ci ayəsi açıq aydın şəkildə bu .übhəni rədd edir. Bu mübarək ayədə Əshabi Kəhfi yad edib xatirələrdə uca saxlamaq istəyən möminlərin dilindən buyurur:

لَنَتَّخِذَنَّ عَلَیْهِم مَّسْجِدًا

“Şübhəsiz ki, onların (xatirələrini yad etmək üçün) qəbirlərinin üzərində məscid tikəcəyik.”

İkinci bu ki, İslam dini zühur etdiyi zaman və İslam dini müxtəlif diyarlara genişləndiyi dövrdə keçmiş peyğəmbərlərin qəbirlərinin üzərində tikintilər var idi. Buna nümunə olaraq Beytul-müqəddəsdə həzrət Davudun və həzrət Musanın qəbirlərinə işarə etmək olar. Maraqlı budur ki, vəhhabilərin nəzərində Peyğəmbər səhabisi və müqəddəs sayılan ikinci xəlifənin özü sülh müqaviləsi bağlamaq üçün Beytul-müqəddəsə getdi və o şəhəri ələ keçirdikdən sonra bu qəbirlərin aradan getməsi və dağıdılması haqda heç bir əməl yerinə yetirmədi.

Amma doğrusu görəsən, çox uzun müddətli bir tarixi olmayan, özlərinin tarix yazanlarının dili ilə desək, Quranları küçələrə töküb tapdalatdıran, həzrət Əli əleyhissəlamın və digər xəlifələrin ardıcılları arasında heç bir fərq qoymadan onları qətlə yetirən, öz əzəmət və şövkətlərini qətl və qarət etməkdə axtaran belə bir qəbilə müqəddəs Qurandan və ya hətta tarixi dəlil və sübut gətirilərək xitab edilməyə layiqdirmi?


Etiketlər :

“Viran etmə” günü-Yəvmul-hədm