Həzrət Əbdul-Əzim Həsəninin vəfatı

26 April 2024

01:35

۵۹۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il şəvval ayının 15-i, miladi 2020-ci il iyun ayının 7-i həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbdul-Əzim Həsəninin vəfatı

Hicri-qəməri 1441-ci il şəvval ayının 15-i, miladi 2020-ci il iyun ayının 7-i həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür.

Mərhum Şeyx Səduq bu alimin hədisləri məcmusunu “Camei əxbari Əbdul-Əzim” ünvanı ilə toplamışdır. Cənab Əbdul-Əzim Həsəni həzrət imam Rza (əleyhissəlam), imam Cavad (əleyhissəlam) və imam Hadi əleyhissəlamın yaşadıqları illərdə yaşamış və edilən nəqllərə əsasən əqidəsinin düzgünlüyünə əmin olmaq niyyəti ilə öz əqidəsini və imanını həzrət imam Hadi əleyhissəlama təqdim etmiş və o Həzrətin dövründə də vəfat etmişdir.

Həzrət Əbdul-Əzim Həsəninin hərəmi Rey şəhərində Əhli-Beyt (əleyhimussəlam) sevərlərinin ziyarətgahıdır. Bəzi hədislərdə o cənabın ziyarətinin savabı həzrət imam Huseynin (əleyhissəlam) ziyarətinə bərabər sayılmışdır.

Həzrət Əbdul-Əzim Həsəni hicri-qəməri 173-cü il rəbius-sani ayının 4-ü, müqəddəs Mədinə şəhərində dünyaya gəlmiş və 252-ci il şəvval ayının 15-i, 79 yaşında vəfat etmişdir.

Bu böyük şəxsiyyətin və hədis aliminin vəfat gününü bütün Əhli-Beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.


İltimas dua!

Etiketlər :

Həzrət Əbdul-Əzim Həsəninin vəfatı