İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti

19 April 2024

17:19

۶۶۶

Xəbərin xülasəsi :
Hər bir insanın ilkin və ən əhəmiyyətli vəzifəsi öz Xaliqini və Pərvərdigarını tanımaqdır. Nə qədər ki, insan Onu tanımayıbsa, Ona layiqli bəndəlik və itaət etməsi də mümkün olmaz
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti

Hər bir insanın ilkin və ən əhəmiyyətli vəzifəsi öz Xaliqini və Pərvərdigarını tanımaqdır. Nə qədər ki, insan Onu tanımayıbsa, Ona layiqli bəndəlik və itaət etməsi də mümkün olmaz.

Həzrət imam Sadiq (əleyhissəlam) buyurur:

“Allah taala ancaq bizim vasitəmiz və səbəbimizə tanınar, O ancaq bizim vasitəmizlə pərəstiş edilər, biz Allaha tərəf yol göstərənik, əgər biz olmasaydıq Allah-taala pərəstiş edilməzdi. [1]

Nəql edilir ki, həzrət imam Huseyndən (əleyhissəlam) sual edildi:

"فما معرفة الله؟"

Allahı necə tanımaq olar?

Həzrət buyurdu:

"معرفة اهل کل زمان امامهم الذی يجب عليهم طاعته"

“Hər bir zamanda insanların öz yaşadıqları dövrdə vacib itaət etmələri imamı tanımaq vasitəsilə (Allahı tanımaq lazımdır!)”

Daha aydın desək, imamı tanımaq Allahı tanımaq yoludur. İnsan imamını tanımaq və onun dediklərinə və göstərişlərinədiqqət yetirməklə düzgün yaşamaq istiqamətində addım ata bilər və Allahın onun üçün sevdiyi səadətə çatar.

Allah-taalanı tanımaq Onun tərəfindən insana yol göstərmək və onu hidayət etmək vəzifəsinə təyin edilmiş şəxsi tanımadan qeyri-mümkündür.

İlahi nemətlərin səbəbkarını tanımaq vacibdir

İlahi feyzin səbəbkarı imamdır, xilqət aləminə yetişən nemətlər onun vasitəsi ilə müyəssərdir. Bu halda insanlar da imamın vücudunun sayəsində müxtəlif İlahi nemətlərdən faydalanırlar. İmam həm şəriətdə, həm də həqiqətdə Allah ilə insanlar arasında vasitədir.

"بِيُمنِهِ رُزِقَ الوَری‌ وَ بِوُجُودِهِ ثَبَتَتِ الأرضُ و السَّماء"

Onun bərəkətinə insanlara ruzi verilir, onun vücudu vasitəsilə yerdə və göydə sabitlik yaranır...[2]

Həzrət imam Hadinin (əleyhissəlam) bəyanı belədir ki, imamı ziyarət etmək istədikdə bu cür deyin:

"بِكُمْ فَتَحَ الله وَبِكُمْ يَخْتِمُ وَبِكُمْ يُنَزِّلُ الغَيْثَ وَبِكُمْ يُمْسِكُ السَّماء أنْ تَقَعَ عَلى الاَرْضِ إِلاّ بِإذْنِهِ"

Sizin vasitənizlə Allah-taala başladı və sizinlə də sona yetirəcək, sizin vasitənizlə göydən yağış göndərir, sizin vasitənizlə göylərin uçması ancaq Onun izni ilə dayanır...[3]

Həzrət Peyğəmbər Əkrəm buyurur:

"يا على لولا نحن ما خلق الله آدم ولا حواء ولا الجنه ولا النار ، ولا السماء ولا الأرض"

Ya Əli! Əgər biz olmasaydıq, Allah-taala nə Adəm və nə də Həvvanı, nə cənnəti, nə də cəhənnəmi, nə səmanı, nə də yeri xəlq etməzdi...[4]



[1] "Biharul-Ənvar", cild-26, səh. 260, hədis-39

[2] "Məfatihul-cinan", Ədilə duası

[3] "Mən la yəhzuruhul-fəqih", cild-2, səh. 615, hədis-3213

[4] İləluş-şəraye, cild-1, səh.5, hədis-1


Etiketlər :

Həzrət imam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti