Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

19 April 2024

05:26

۱,۵۶۹

Xəbərin xülasəsi :
Ağıl ancaq məhdud və zəif şəkildə əşya və fellərin xüsusiyyətlərini və əsərlərini dərk etməyə qadirdir. Buna görə, bəşər yalnız öz ağlına söykənə bilməz, əksinə o, elə bir gövhərə tərəf getməlidir ki, hər bir şeyin əsasını və təməlini dərk edib ona müvafiq olaraq insanı hidayət etsin
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Üçüncü mətləb: Ağlın naqis dərkinin və məhdud qüdrətinin bəyanı;

Müqəddimənin üçüncü mətləbi budur ki, özünə müvafiq məqamda aydın və sabit olunmuş bir məsələdir ki, ağıl hökmlər və əməllərin bütün təməllərinin əhatəli şəkildə idrakına qadir deyildir ki, insan ona etibar edib söykənsin; çünki ağılın mühakiməsi olduqca məhdud bir dərəcədədir.

Bu nəzəriyyənin aydın olması üçün demək lazımdır ki, əsas etibarı ilə heç bir hadisəni və həqiqəti tam olduğu kimi dərk etmək ağıl üçün müyəssər deyildir. O həddə ki, fəlsəfə və məntiq alimləri hər bir növün həqiqətini təşkil edən “əşyanın növ fərqi”nin (fəslinin) tərifində “həqiqi növ fərqinin mülazim və əsərləri” olan məşhur növ fərqlərini zikr etmişlər. Ona görə də, bəzi hallarda bir növ üçün bir növ fərqi əvəzinə “iki növ fərqi” qeyd edirlər, halbuki hər bir əşyanın ancaq bir həqiqi növ fərqi ola bilər.[1]

Yuxarıdakı misaldan bu nəticəyə gəlmək olar ki, ağıl ancaq məhdud və zəif şəkildə əşya və fellərin xüsusiyyətlərini və əsərlərini dərk etməyə qadirdir. Buna görə, bəşər yalnız öz ağlına söykənə bilməz, əksinə o, elə bir gövhərə tərəf getməlidir ki, hər bir şeyin əsasını və təməlini dərk edib ona müvafiq olaraq insanı hidayət etsin.



[1] İcmalən qeyd etdiyimiz kimi, cinsi təqsim edənin (müqəssim) və növü dayanıqlı və müqavimətli edənin (müqəvvim) həqiqi növ fərqi tanına bilməz. Ona görə hüdud və təriflərdə həqiqi növ fərqindən və ya ona məxsus və dəlalət edən xüsusi bir adın və kəlmənin olmasından xəbərsiz olmaq səbəbinə uyğun dəlalətlə növ fərqinin əsərləri və məhdud mülazimlərindən istifadə edilir ki, ona “məntiqi növ fərqi” deyirlər. Əslində, həqiqi növ fərqi məntiqi növ fərqinin mənbəyi, mənşəyi və mülazimidir. Yəni məntiqi növ fərqi həqiqi növ fərqindən əldə edilir (abstrakt) və onun üçün bir ünvandır ki, bir-birindən ayrılan məfhumlar şəklində mahiyyətin tərifində bəyan edilir. Məsələn, natiq, ya nitq insanın həqiqi növ fərqi deyil, çünki əgər məqsəd “zahiri nitq” olsa, eşitmə keyfinin məquləsindəndir, əgər məqsəd batini nitq, ya külliyyatın idrakı olsa, infial, ya izafə, ya keyfin məquləsindəndir və bunlardan hər biri ərəzdirlər. Ona görə də, növün cövhərinin müqəvvimi və cinsin cövhərinin mühəssili ola bilməzlər. Əlavə mütaliə üçün “Əl-İlahiyyatu min kitabuş-Şifa” kitabının 1-ci cild, səh. 237-240 müraciət edin.


Etiketlər :