Dəhvul-ərz gününün gecə və gündüzünün fəzilətli əməlləri

04 May 2024

03:03

۶۶۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il zil-qədə ayının 25-i, miladi 2020-ci il iyulun 17-si "Dəhvul-ərz" günüdür. Dəhvul-ərz, yəni yerin suda, Kəbə evinin altından salınması. Çox şərafətli gecələrdən biridir. Bu günün gecə və gündüzündə İlahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın böyük savabı vardır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Dəhvul-ərz gününün gecə və gündüzünün fəzilətli əməlləri

Hicri-qəməri 1441-ci il zil-qədə ayının 25-i, miladi 2020-ci il iyulun 17-si "Dəhvul-ərz" günüdür. Dəhvul-ərz, yəni yerin suda, Kəbə evinin altından salınması. Çox şərafətli gecələrdən biridir. Bu günün gecə və gündüzündə İlahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın böyük savabı vardır. 
Həsən ibn Əli Vəşşa bir rəvayətdə belə deyir: “Mən uşaq ikən atamla həzrət İmam Rzanın (əleyhissəlam) xidmətində, zil-qədənin 25-i şam yeyirdik. İmam belə buyurdu: “Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Kəbə evinin altından yer salınmışdır. Hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa rəvayətə görə, İmam Zaman (Allah onun gəlişini tezləşdirsin) bu gündə qiyam edəcək.

ِDəhvul-ərz günü

 “Dəhvul-ərz” günü ilin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu yetmiş ilin orucu ilə bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olanların hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadətin və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır. Bu gün üçün oruc, ibadət, Allahın zikri və qüsllərdən başqa iki əməl də yazılmışdır:

1. Qum şiələrinin kitablarında gələn iki rükət namaz və bu namaz, zöhrə bir az qalmış qılınır. Hər rükətdə “Həmd”dən sonra beş dəfə “Şəms” surəsini oxumaq lazımdı. Salamdan sonra isə desin:

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

La həvlə və la quvvətə illa billahil əliyyil əzim.

Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!

Sonra dua edib oxu:

يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Ya muqiləl əsərati əqil­ni əsrəti, ya mucibəd dəə­va­ti əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vər­həm­ni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.

Ey xətalardan keçən, mənim yanlışlıqlarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!

“Dəhvül-ərz” duası

2. Mərhum Şeyx Tusinin “Misbah” kitabında müstəhəb buyurduğu duanı oxumaq; həmin duanı möhtəşəm “Məfatihul-cinan” kitabından oxumağı möminlərə tövsiyə edirik.

İltimas dua!

Etiketlər :

Dəhvul-ərz gününün gecə və gündüzünün fəzilətli əməlləri