Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

04 May 2024

07:30

۶۷۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-cı il zil-qəədə ayının sonu, miladi tarixi 2020-ci il iyulun 21-i imamət və vilayət səmasının doqquzuncu ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız həzrət Vəliyyi-Əsr imam Sahib əz-Zaman əleyhissəlama, sonra bütün dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin və dindar təbəqəsinə təsəlli və başsağlığı deyirik!

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Cavad əleyhissəlamın hikmətli sözlərindən:

Açıq aşkarda Allahın dostu, gizlində isə düşməni olmayın.[1]

Hər kim insanlar üçün öz zahirini islah edib, Xaliq üçün batinini fasid (xarab) etsə, həqiqətdə məxluqu ucaltmış, Xaliqi isə kiçiltmiş olur. Belə bir şəxs aşkarda və gizlində Allaha düşmənçilik edən şəxsdən daha da pisdir. Çünki zahirdə Allahın dostu, batində isə düşməni olan şəxsin məqsədi öz şərrini və nifaqını insanlardan gizlədib, onları Allahın qəzəbinə səbəb olan yola istiqamətləndirir, halbuki aşkarda Allah ilə düşmənçilik edən bir şəxs asanlıqla buna nail ola bilmir.

Iltimas dua!

[1] Biharul-Ənvar, cild-75, səh. 365

Etiketlər :