pic
pic

Ərəfə gecəsi və gününün əməlləri

Xəbərin xülasəsi :
Ərəfə günü ilin məşhur və fəzilətli günlərindən biridir ki, İlahi məğfirət və bərəkətdən bəhrələnmək və günahların bağışlanmasını diləmək üçün münasib bir fürsətdir. Bu gün bəzi əməlləri yerinə yetirmək məsumlar tərəfindən hədislərdə tövsiyə edilibdir ki, bu əməllər insanı Allaha yaxınlaşdırır, dünya və axirət xeyirini qazandırır

Bismillahir-Rahmənir-Rahim

Ərəfə gecəsi və gününün əməlləri

Ərəfə günü ilin məşhur və fəzilətli günlərindən biridir ki, İlahi məğfirət və bərəkətdən bəhrələnmək və günahların bağışlanmasını diləmək üçün münasib bir fürsətdir.

Bu gün bəzi əməlləri yerinə yetirmək məsumlar tərəfindən hədislərdə tövsiyə edilibdir ki, bu əməllər insanı Allaha yaxınlaşdırır, dünya və axirət xeyirini qazandırır.

Hədislərdə deyilir ki, Zil-Həccə ayının 9-cu gecəsi mübarək gecələrdəndir. Bu gücə hacətləri rəva edən Xaliq ilə məxluqu arasında münacat gecəsidir. Bu gecədə dualar qəbul olar. Bu gecə ibadət etməyin savabı 170 il adi gecələrdə ibadət etməyin savabına bərabərdir.

Bir rəvayət belə deyilir ki, bir dəfə İmam Zeynul-Abidin (əleyhissəlam) Ərəfə günü bir dilənçinin insanlardan kömək dilədiyini gördü. Bu zaman o dilənçiyə dedi: "Vay olsun sənə! Belə bir gündə Allahdan başqasından kömək diləyirsən? Halbuki bu gün ana bətnində olan uşaqlar da Allahın lütfündən faydalanıb xoşbəxt doğulacaqlar və xoşbəxt olacaqlar".

Ərəfə günü üçün tövsiyə edilmiş əməllər:

1). Qüsl.

2). İmam Hüseynin (əleyhissəlam) ziyarəti ki, bu ziyarətin savabı min həcc, min ümrə və min cihada bərabərdir və daha üstündür.

3). İki rəkət namaz qılmaq: Əsr (ilkinti) namazından sonra Ərəfə duası oxunmamışdan öncə açıq havada iki rəkət namaz qılmaq – (birinci rəkətdə "həmd" və "ixlas" (tövhid) surələrini oxumaq və ikinci rəkətdə "həmd" və "qul ya əyyuhəl kafirun" surələrini oxumaq), Allah qarşısında öz günahlarına etiraf edib, bağışlanmaq diləmək ki, bu iki rəkət namazın savabı Ərəfat çölündə ibadət edənlərin savabı qədərdir.

4). İmam Hüseynin (əleyhissəlam) Ərəfə duasını oxumaq.

5). Ümmü Davud duasını oxumaq.

6). Ərəfə günü oruc tutmaq. Əlbəttə bu oruc tutmaq insanı zəiflədərək Ərəfə duasını oxumaqdan məhrum edərsə, oruc tutmaq lazım deyil.

7). Dörd rəkət namaz qılmaq və hər rəkətdə "həmd" surəsindən sonra "ixlas" (tövhid) surəsini 50 dəfə oxumaq.

8). İmam Sadiqin (əleyhissəlam) Ərəfə günü oxuduğu xüsusi salavatı oxumaq ki, qəlblərə şadlıq və təravət gətirir və həmçinin Əhli-Beyti (əleyhimussəlam) də şad edir.

اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَأِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ

اللَّهُمَّ أَعْطِ مُحَمَّداً وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ

اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ ص وَ لَمْ أَرَهُ فَلَا تَحْرِمْنِي فِي الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَباً رَوِيّاً سَائِغاً هَنِيئاً لَا أَظْمَأُ بَعْدَهُ أَبَداً إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ ص وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ.

اللَّهُمَّ بَلِّغْ مُحَمَّداً ص مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلَاماً

"Əllahummə, ya əcvədə mən əəta, və ya xəyrə mən suilə, və ya ərhəmə mənistürhimə.

Əllahummə səlli əla Muhəmmədin və alihi fil-əvvəlin və səlli əla Muhəmmədin və alihi fil-axirin. Və səlli əla Muhəmmədin və alihi fil-mələil-ə`la və səli əla Muhəmmədin və alihi fil-mürsəlin.

Əllahummə əəti Muhəmmədən və aləhul-vəsilətə, vəl-fəzilətə, vəş-şərəfə, vər-rəf`ətə, vəd-dərəcətəl-kəbirə.

Əllahummə inni aməntu bi-Muhəmmədin və ləm ərəhu, fəla təhrimni fil-qiyaməti rö`yətəhu. Vərzuqni söhbətəhu, və təvəffəni əla millətihi, vəsqini min hövzihi məşrəbən rəviyyən saiğən həniən, la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir.

Əllahummə inni aməntu bi-Muhəmmədin və ləm ərəhu, fə-ərrifni fil-cinani vəchəhu.

Əllahummə bəlliğ Muhəmmədən (sallallahu əleyhi və alih) minni təhiyyətən kəsirətən və səlama". (1)

"İlahi, mən Məhəmmədi (sallallahu əleyhi və alih) görmədən ona iman etdim. Belə isə məni Qiyamət günü onu görməkdən məhrum etmə, onunla həmsöhbət olmağı mənə ruzi et, məni onun dinində öldür... Cənnətdə onun mübarək üzünü mənə tanıtdır".

9). Aşağıdakı duanı oxumaq:

يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا فَعَّالًا لِما يُرِيدُ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمیعُ الْبَصیرُ اَسْئَلُک اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ

"Ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya fəallən lima yürid. Ya mən yəhulu bəynəl-mər`i və qəlbihi. Ya mən huvə bil-mənzəril-ə`la. Ya mən ləysə kəmislihi şəy. Və huvəs-səmiul-bəsir. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd". (2)

Duadan sonra hacət və istəklərini hacətlər qapısından istəmək.

10). Ərəfə gününün sonunda bu duanı oxumaq:

يَا رَبِ‏ إِنَ‏ ذُنُوبِي‏ لَا تَضُرُّكَ‏ وَ إِنَّ مَغْفِرَتَكَ لِي لَا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لَا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لَا يَضُرُّك

"Ya Rəbbi, innə zunubi la təzurrukə və innə məğfirətəkə li la tənqusukə, fə əətini ma la yənqusukə, vəğfirli ma la yəzurrukə".

"İlahi, mənim günahlarımın Sənə zərəri yoxdur və Sənin məni bağışlamağın Səndən azaltmır. İlahi, belə isə, Səndən azalmayandan mənə əta et və Sənə zərəri olmayanı mənə bağışla". (3)

اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ ما عِنْدَكَ‏ لِشَرِّ ما عِنْدِي‏، فَانْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي‏ وَ نَصَبِي، فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصابِ عَلى‏ مُصِيبَتِهِ‏

"Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi. Fə in əntə ləm tərhəmni bi təəbi və nəsəbi, fəla təhrimni əcrəl-musabi əla musibətihi".

"İlahi, məni Sənin yanındakı xeyirdən mənim yanımdakı şərrə görə məhrum etmə. Əgər mənə mənim zəhmətim və yorğunluğuma görə rəhm etməyəcəksənsə, məni düşdüyü müsibətə görə mükafat alanın savabıdan məhrum etmə". (4)

Mənbələr: 

1-Kəf`əmi, "Əl-Misbah", s.423

2-Məkarimul-əxlaq, səh. 273

3-İqbalul-əmal, cild-1, səh. 420

4-İqbalul-əmal, cild-2, səh. 187