Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü

29 March 2024

16:23

۶۷۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il zul-hiccə ayının 15-i, miladi 2020-ci il avqust ayının 5-i imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu əziz, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarəkdir deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1441-ci il zul-hiccə ayının 15-i, miladi 2020-ci il avqust ayının 5-i imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu əziz, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarəkdir deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların müqəddəs Qurana, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah.

Həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarından

اِنَّ الحَرامَ لا ينمى وَاِن نَمى لا يبارَک لَهُ فيهِ وَما اَنفَقَهُ لَم يؤجَر عَلَيهِ وَما خَلَّـفَهُ کانَ زادَهُ اِلَى النّارِ

“Həqiqətən, haram mal artmaz və əgər artsa, bərəkəti olmaz. Əgər o maldan ehsan olunsa, ona əcr və mükafat düşməz və əgər o malı (vərəsəyə irs) saxlayan, özünün cəhənnəmə getməsinə azuqə hazırlayar.” (1)

Mənbə: Kafi, cild-5, səh. 125, hədis 7


İltimas dua!

Etiketlər :

Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü