Qədir-Xum bayramı İslamda ən əzəmətli bayramlar sırasında

03 May 2024

18:39

۶۴۶

Xəbərin xülasəsi :
Bütün həmdü-sənalar bizi Əmirəl-möminin (Əli əleyhissəlamın) və Məsum imamların vilayətində qərar verib onların davamçıları sırasında olmaqla şərəfləndirən Allah-taalaya məxsusdur!
 

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədir-Xum bayramı İslamda ən əzəmətli bayramlar sırasında

عن عبدالرحمن بن سالم عن أبيه قال: سألت أباعبدالله عليه السلام: هل للمسلمين عيدٌ غيرُ يوم الجمعة والأضحى والفطر؟ قال:

نَعَمْ، أعْظَمُها حُرْمَةً.

قلت: وأيُّ عيدٍ هو، جُعلتُ فداك؟ قال:

اليومُ الذي نصّبَ فيه رسولُ الله (صلى الله عليه وآله) أميرَ المؤمنين (عليه السلام) وقال: مَنْ كُنتُ مَوْلاهُ فَهذا عليٌّ مَوْلاه.

قلت: وأيّ يوم هو؟ قال: يوم ثمانيةَ عَشَرَ مِنْ ذي الحجّة)

المصدر/فروع الكافي ج٤ ص١٤٩

Əbdur-Rəhman ibn Salim öz atasından belə nəql edir: Həzrət Əba Əbdillah (imam Sadiq) –dən soruşdum: Müsəlmanların cümə günü, Qurban və Fitir bayramından əlavə də bayramları varmı? Həzrət buyurdu: Bəli! Hörmət və ehtiram baxımından onlardan daha əzəmətli olan bir bayram. Yenidən soruşdum: O, hansı bayramdır, sizə fəda olum? Həzrət buyurdu: O zaman ki, həzrət Rəsulullah (sallallahu əleyhi və alih) Əmirəl-möminin Əliyə (əleyhissəlam) məqam və mənsəb təyin edərək buyurdu: “Hər kəsin mən mövlasıyam, bu Əli də onun mövlası və rəhbəridir.” Bir daha soruşdum: O, hansı gündür? Buyurdu: Zil-hiccə ayının 18-i günü.

Mənbə: Kafi, cild-4, səh. 149


الْحَمْدُ لِلهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَالْأَئِمَّةِ عَلَيْهِمُ السَّلامُ

Bütün həmdü-sənalar bizi Əmirəl-möminin (Əli əleyhissəlamın) və Məsum imamların vilayətində qərar verib onların davamçıları sırasında olmaqla şərəfləndirən Allah-taalaya məxsusdur!

Qədir-Xum bayramı, vilayət və imamət bayramıdır. Bu gündə Allah-taalanın mübarək əmri ilə həzrət Rəsulullah (sallallahu əleyhi və alih) öz canişinini təyin etmişdir. Bu elə bir əzəmətli gün və böyük bayramdır ki, hətta biganələr belə onun dünyaya saçan nurunu gizli saxlaya bilməmişlər. Bu gözəl və sevinc dolu bayramı sizə, əziz və hörmətli ailə üzvlərinizə, eləcə də bütün Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təbrik deyirik!

İltimas dua!

Etiketlər :

Qədir-Xum bayramı İslamda ən əzəmətli bayramlar sırasında