Həzrət imam Huseyn (əleyhissəlam) əzadarlıq mərasimlərində təşt qoyma mərasimi

03 May 2024

18:54

۶۶۷

Xəbərin xülasəsi :
Hicri-qəməri zil-hiccə ayının 27-si həzrət imam Huseynin (əleyhissəlam) karvanının Hurr ibn Riyahın qoşunu ilə üzləşməsi və susuz düşmənin su ilə təmin edilməsi gününə müsadif edir
آخرین رویداد ها

Bismilləhir-rahmənir-rahim

Həzrət imam Huseyn (əleyhissəlam) əzadarlıq mərasimlərində təşt qoyma mərasimi

Hicri-qəməri zil-hiccə ayının 27-si həzrət imam Huseynin (əleyhissəlam) karvanının Hurr ibn Riyahın qoşunu ilə üzləşməsi və susuz düşmənin su ilə təmin edilməsi gününə müsadif edir. Bu hadisənin hazırda həzrət Huseyn (əleyhissəlam) əzadarlarının mərasimlərdə təşt içində su qoymaqla yad edilməsi bir sıra məntəqələrdə ənənəyə çevrilmişdir. Bu qısa məqaləmizdə qeyd olunan hadisə haqda müxtəsər məlumat verilir.

Həzrət Əba Əbdillahil Huseynin (əleyhissəlam) əzadarlıq mərasimi yetişmək üzrədir, bir sıra məntəqələrdə, o cümlədən, Azərbaycanın cənub rayonlarında və İranın şimal məntəqələrində təşt qoyma mərasimi keçirilir. Bu mərasimdə mömin bacı-qardaşlar evlərdə, təkyələrdə, huseyniyyələrdə və məscidlərdə içərisinə su götürərək təşt qoyurlar. Bu suyun əzadarlıq mərasimində mütəbərrik olması səbəbinə ondan möminlərə, xüsusən də xəstələrə və  cismi narahatlıqları olan zəif insanlara şəfaət tapmaq niyyətilə verirlər və bu məsələ tarix boyu təcrübə edilmiş və bir çox kəramətlər görülmüşdür. Amma təşt qoyma mərasiminin tarixi barəsində bunu deməliyik ki, həzrət İmam Huseynin (əleyhissəlam) karvanı Mədinədən Kərbəlaya qədər müxtəlif mənzilgahlar (istirahətgahlar) keçmişdir. Kufə yolunda olan bir mənzilgahda o Həzrət səhabələrinə göstəriş verir ki, orada mövcud olan bulaqdan kifayət qədər su ehtiyatı götürsünlər. Səhabələrdən bəziləri Kufəyə daha yaxın olan növbəti mənzilgahda bulaq olduğunu qeyd edərək bu tezliklə su ehtiyatı götürməyin mənasını başa düşmədikləri halda Məsum imamın (əleyhissəlam) fövqəl-adə və İlahi elmə malik olduğunu nəzərə alaraq etiraz etmədən İmamın göstərişinə itaət edib su ehtiyatı görürlər və məşkləri su ilə doldururlar.

Zil-hiccə ayının 27-də Kufə yaxınlığına çatdıqda nəzərdə tutulan mənzilgahda olan su bulağının quruduğu məlum olur, digər tərəfdən Karvan orada Hurr ibn Riyahinin min atlısı ilə üz-üzə gəlir. Hurrin qoşununun susuzduqdan çox acınacaqlı halda olduğu da məlum olur. Bu zaman İmam (əleyhissəlam) düşmənin susuzluqdan tələf olmaq həddinə çatan qoşun əhlini və eləcə də onların atlarını su ilə təmin etmək göstərişin verir. Bəzi səhabələrin istəyinə uyğun olmasa belə Həzrətin əmrinə itaət edilir, təştlərdə və geniş qablarda düşmən ordusunu su ilə təmin edirlər. Hurr özü əxlaqi baxımdan müsbət bir insan olduğu üçün bu hadisədən çox təsirlənir, lakin öz əmirinin dəsturuna tabe olub imam Huseyn (əleyhissəlam) karvanının hərəkətini nəzarət altına götürür və artıq Kərbəla torpağında karvanın hərəkətinə mane olub o məntəqədə dayanmalarını tələb edir. Buna baxmayaraq Hurr həzrət Huseyn (əleyhissəlam) ilə üz-üzə gəlmək və vuruşmaq əzmində olmur. Məhz ona görə də gün ərzində namaz vaxtlarında öz dəstəsi ilə gəlib o Həzrətin imaməti ilə bərpa edilən namazda iştirak edirlər...

Deməli, hazırda işarə edilən təşt qoyma mərasiminin əsası imam Huseynin (əleyhissəlam) düşmənin teşnə qoşununu su ilə sirab etməsi ilə əlaqədardır. Şübhəsiz, bu hadisə Hurr ibn Riyahın imamın qarşısında durmağından peşman olub hidayət tapmasında təsirli olmuş və onu Behişt əhlindən etmişdir. Ona görə də həzrət Huseynin (əleyhissəlam) kəramətinə əqidəli olan mömin bacı-qardaşlar da imam əzadarlıqlarında təşt suyu qoyurlar. Huseyn (əleyhissəlam) aşiqləri o sudan dadmaqla, istər düzgün əqidəyə malik olmaq, istərsə də cismi narahatlıqdan sağlamlıq tapmaq baxımından həmin sudan içməklə şəfa tapırlar. 
Bu hadisə həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) buyurduğu kimi, imam Huseynin (əleyhissəlam) hidayət çırağı və nicat gəmisi olmasını təsdiq edən minlərlə sübutlardan biridir... ان الحسین مصباح الهدی و سفینة النجاح" "- "Həqiqətən, Huseyn (əleyhissəlam) məktəbi Qiyamətə qədər hidayət çırağı və nicat gəmisi olaraq yaşayacaqdır."

Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd və əccil fərəcəhum!

Iltimas dua!

Etiketlər :

Həzrət imam Huseyn (əleyhissəlam) əzadarlıq mərasimlərində təşt qoyma mərasimi