Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

20 April 2024

10:25

۸۰۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il məhərrəm ayının 12-i, miladi 2020-ci il sentyabrın 1-i həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 1442-ci il məhərrəm ayının 12-i, miladi 2020-ci il sentyabrın 1-i həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət gününü ilk növbədə o Həzrətin əziz övladı həzrət Sahibuz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq və layiqincə Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Günün hədisi

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:

"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ‏ زَيْنُ‏ الْعَابِدِينَ‏ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف‏"

“Qiyamət günü bərpa edilən zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]

Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.

İltimas dua!




[1] “İləluş-şəraye”, mərhum Şeyx Səduq, cild-1, səh. 230

Etiketlər :

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü