Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusu ilə bağlı çıxışları

08 October 2024

04:13

۱,۶۳۵

Xəbərin xülasəsi :
Allah Rəsulunun (sallallahu əleyhi və alih) zamanında olan və sonradan unudulmuş və təhrifə düçar olmuş qanunlar, o Həzrətin əziz oğlunun zühuru ilə yenidən ehya və bərpa ediləcəkdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Bir sualın araşdırması və onun cavabı

Qeyd edilən hədislərdən məlum olur ki, həzrət Məhdi (Allah onun gəlişində təcil etsin) zühur etdikdən sonra insanları “yeni bir yola”, ya “keçmişdə olmayan bir məsələyə” dəvət edəcək.

Burada, belə bir sual irəli gəlir ki, “yeni yol” dedikdə, məqsəd nədir? Görəsən, məqsəd budur ki, həzrət Məhdinin (Allah onun gəlişində təcil etsin) qiyamı ilə yeni qayda-qanunlar gətiriləcək, başqa sözlə, yeni bir din gələcəkdir? Yaxud elə deyil, yeni dindən söhbət getmir, əksinə Quranda və Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) sünnəsində olan qayda-qanunlar yenidən bərpa ediləcəkdir?

Araşdırmaya əsasən, bu sualın cavabını birinci hədisin sonunda gələn ifadədə tapmaq olar, necə ki, buyurur: وَ سَيَعُودُ غَرِيباً كَمَا بَدَأَ- Sonda İslam bir daha qəribliyə düşəcək. Buradan aydın olur ki, Allah Rəsulunun (sallallahu əleyhi və alih) zamanında olan və sonradan unudulmuş və təhrifə düçar olmuş qanunlar, o Həzrətin əziz oğlunun zühuru ilə yenidən ehya və bərpa ediləcəkdir. Belə ki, dinin doğru qanunları və hökmlərinə dəvət etmək, insanların nəzərində yeni bir din kimi cilvələnəcək. Deməli, zühur zamanında elan olunan hökmlər nəinki yeni deyil, əksinə eynilə Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) buyurduğu hökmlər olacaq, lakin insanların dinin həqiqətindən uzaq düşdüklərinə xatir bu hökmlər onların nəzərində “yeni” hökmlər kimi canlanacaq.

İkinci təbirin araşdırması: “Keçmişin viran edilməsi və yeni dininin gətirilməsi”nə dəlalət edən hədislər;

Qeyd edildiyi kimi, hədislərdə gələn ikinci təbir buna dəlalət edir ki, həzrət Məhdi (Allah onun gəlişində təcil etsin) zühur etdikdən sonra insanlara yeni İslamı təqdim etməkdən əlavə, keçmiş və özündən öncə olan İslamı da tam aradan aparacaq. Həzrət imam Baqirdən (əleyhissəlam) nəql edilən hədislərdən birinə diqqət yetirin, həzrət buyurur:

" يَهْدِمُ مَا قَبْلَهُ كَمَا صَنَعَ رَسُولُ اللهِ(صلي الله عليه وآله) وَ يَسْتَأْنِفُ الْإِسْلَامَ جَدِيداً "

“Keçmişi viran edəcək, necə ki, Pryğəmbər (sallallahu əleyhi və alih) elə etdi və İslamı yenidən başlayacaq.”[1]

(ardını izləyin)



[1] Əl-Qeybət, mərhum Nəmani, səh. 231, 13-cü fəsil, hədis-13; Biharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-52, səh. 352


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları