Ərbəin ziyarəti

27 April 2024

09:05

۷۲۲

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il, səfər ayının 20-i, miladi oktyabr ayının 7-si şəhidlər ağası həzrət Huseyn ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin qırxıncı günüdür

 

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseynin (əleyhissəlam) Ərbəin ziyarəti

Hicri qəməri 1442-ci il, səfər ayının 20-i, miladi oktyabr ayının 7-si şəhidlər ağası həzrət Huseyn ibn Əlinin (əleyhiməssəlam) şəhadətinin qırxıncə günüdür. Bu əzəmətli müsibəti bütün Əhli-beyt sevərlərinə və imam Huseyn (əleyhissəlam) əzadarlarına təsəlli deyir və bütün əzizlərə bu günlərdə gözəl ziyarətlər arzu edirik.

Mərhum Şeyx Səduq və Şeyx Mufidin nəzərinə görə, İmam Hüseyn əleyhissəlamın şəhadətinin qırxıncı günündə (ərbəində) o həzrətin hərəminə gedib, yaxından ziyarətini etmək müstəhəbdir. O həzrəti bu gündə ziyarət edən birinci şəxs həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli səhabəsi Cabir ibn Abdullah Ənsaridir. Həzrət imam Həsən Əskəri (əleyhissəlam) belə buyurmuşdur: “Möminin beş əlaməti vardır: 1-Bir gecə-gündüz ərzində əlli bir rükət (vacib və müstəhəb) namaz qılmaq; 2-”Ərbəin” günündə İmam Hüseyn əleyhissəlamı ziyarət etmək; 3-Sağ ələ üzük taxmaq; 4-Səcdədə alını torpağa qoymaq; 5-Namaz əsnasında “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək.

Mərhum Şeyx Mufid “Təhzib” və “Misbah” kitablarında İmam Sadiq (əleyhissəlam)-dan bu günkü günə məxsus olan duanı nəql etmişdir

" عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ‌ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ "

“Möminin beş əlaməti vardır: 1-Bir gecə-gündüz ərzində əlli bir rükət (vacib və müstəhəb) namaz qılmaq; 2-”Ərbəin” günündə İmam Hüseyn əleyhissəlamı ziyarət etmək; 3-Sağ ələ üzük taxmaq; 4-Səcdədə alını torpağa qoymaq; 5-Namaz əsnasında “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək.
Əhli-beytin (əleyhimussəlam) bizləri əzadarlıq saxlamağa təşviq etməsi sadəcə savaba və ya günahlarımızın bağışlanmasına görə deyildir.
Mərhum Şeyx Mufid “Təhzib” və “Misbah” kitablarında İmam Sadiq əleyhissə-lamdan bu günkü günə məxsus olan duanı nəql etmişdir.

İmam Hüseyn (əleyhissəlam) əzadarlıqlarında İmamın (əleyhis-səlam) hədəfləri dirçəldilər və Həzrətin (əleyhissəlam) xatirəsi yenilənər. Əgər İmamın (əleyhissəlam) qiyamdakı hədəfi İslam ümmətini islah etmək, zülmə qarşı qiyam, əmr-be-məruf və nəhy-əz-munkər, namaz qılmaq, zəkat vermək, Allah yolunda cihad etmək, dini dəyərləri cəmiyyətə geri qaytarmaq, məzlumların haqqını müdafiə etmək, cəmiyyətin rifah içində olması, haqqa əməl etmək, batildən uzaq olmaq idisə, biz də əza məclislərində bu hədəflərə diqqət edək və onları bərpa edək.

İmam Sadiq (əleyhissəlam) bu qiyamın hədəfi haqqında buyu-rur: “O Həzrət öz ürəyinin müqəddəs qanını Allah yolunda bəxşiş etdi ki, Allah bəndələrinə nadanlıqdan, cəhalətdən, yolunu azmaqdan nicat versin”.

Ərbəin Aşura hərarətini yenidən alovlandırar və İmam Hüseynin (əleyhissəlam) əza atəşini yenidən şölələndirər. Bu böyük faciədən uzun zaman keçməsinə baxmayaraq, unudulmur və inşəallah ki, heç zaman unudulmayacaq. Çünki hər fürsətdə İmam Hüseyn (əleyhissəlam) növhəsi oxunur və Həzrətin hərəmini ziyarət etmək vurğulanır.

İltimas dua!



Etiketlər :

Həzrət imam Huseynin (əleyhissəlam) Ərbəin ziyarəti