pic
pic

Həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) şəhadəti

Xəbərin xülasəsi :
Hicri-qəməri səfər ayının sonu, miladi 2020-ci il oktyabr ayının 17-i həzrət imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şehadət günüdür. Bu müsibətli gün ilə əlaqədar ilk növbədə həzrət Vəliyy Əsr imam Zamana (əccələllahu təala fərəcəhuş-şərif), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, xüsusən xalqımızın mömin bacı və qardaşlarına təsəlli və başsağlığı deyirik

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri səfər ayının sonu, miladi 2020-ci il oktyabr ayının 17-i həzrət imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şehadət günüdür. Bu müsibətli gün ilə əlaqədar ilk növbədə həzrət Vəliyy Əsr imam Zamana (əccələllahu təala fərəcəhuş-şərif), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, xüsusən xalqımızın mömin bacı və qardaşlarına təsəlli və başsağlığı deyirik. Əziz möminlərin bu günlərdə Əhli-Beyt (əleyhimussəlam) yolunda hüzn və əzadarlıqlarının qəbul olmasını Allah-taaladan arzu edirik.

Həzrət imam Rza əleyhissəlamın Vəliyyi-əsr həzzrət Sahib Zaman (Allah onun zühurunu tezləşdirsin) üçün dua etməsi

Həzrət imam Rza əleyhissəlam ilə imam Zaman əleyhissəlam arasında elə möhkəm bağlılıq olmuşdur ki, müxtəlif bəyanlar və cümlələr ilə özündən dörd nəsil sonra dünyaya gələcək övladı üçün dua etmiş, onun köməklində olmasını Allah-taaladan diləmişdir. Belə duaların birində Həzrət buyurur:

"اللَّهُمَّ أَصْلِحْ‏ عَبْدَكَ‏ وَ خَلِيفَتَكَ‏ بِمَا أَصْلَحْتَ بِهِ أَنْبِيَاءَكَ وَ رُسُلَكَ وَ حُفَّهُ بِمَلَائِكَتِكَ وَ أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ مِنْ عِنْدِكَ وَ اسْلُكْهُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ رَصَداً يَحْفَظُونَهُ مِنْ كُلِّ سُوءٍ وَ أَبْدِلْهُ مِنْ بَعْدِ خَوْفِهِ أَمْناً يَعْبُدُكَ لَا يُشْرِكُ بِكَ شَيْئاً وَ لَا تَجْعَلْ لِأَحَدٍ مِنْ خَلْقِكَ عَلَى وَلِيِّكَ سُلْطَاناً وَ ائْذَنْ لَهُ‏ فِي جِهَادِ عَدُوِّكَ وَ عَدُوِّهِ وَ اجْعَلْنِي مِنْ أَنْصَارِهِ‏ إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِير"

“İlahi! Peyğəmbərlərinin işlərini islah etdiyin kimi Öz bəndən və canişininin işlərini də islah et; Onu mələklərinlə əhatə et və Ruhul-Qudus ilə ona kömək ol; Onu hər tərəfdən qoru ki, çətinliklərdən amanda qalsın; Onun nigaranlıqlarını əmniyyət və asayişə çevir ki, yalnız Sənə pərəstiş etsin və kimsəni Sənə şərik etməsin; heç bir məxluqunu Öz canişininə hakim etmə; Sənin düşmənlərin və onun düşmənləri ilə cihad etmək iznini ona əta et  və məni onun köməkçilərindən qərar ver; həqiqətən, Sən hər bir qüvvəyə və qüdrətə maliksən...”

Mənbə: “Misbahul mutəhəccəd və səlahul mutəəbbəd” (mərhum Şeyx Tusi)

İltimas dua!