Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

24 April 2024

17:46

۵۵۲

Xəbərin xülasəsi :
Hizcri-qəməri 1442-ci il rəbius-sani ayının 8-i, miladi 2020-ci il noyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli, Əsgəri əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

Hizcri-qəməri 1442-ci il rəbius-sani ayının 8-i, miladi 2020-ci il noyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli, Əsgəri əleyhissəlamın mövlud günüdür.

Əhli-beyt əleyhimussəlamın sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanlara əmin-amanlıq və səadətli həyat əta etsin, Amin ya Rəbbil-aləmin!

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın dürəfşan kəlamlarından:

أُوصِيكُمْ‏ بِتَقْوَى‏ اللَّهِ‏ وَ الْوَرَعِ فِي دِينِكُمْ وَ الِاجْتِهَادِ لِلَّهِ وَ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فَاجِر


“Sizə vəsiyyət edirəm, Allah-təalanın dinini qoruyub Ona itaət etməkdə İlahi təqvaya yiyələnin, Allahın yolunda və İlahi mərifətə çatmaqda səy və cəhd edin, doğru danışın və əmanət sahibi istər yaxşı insan olsun, istərsə də günahkar insan, əmanətinə vəfa edin...”[1]

"خَيْرٌ مِنَ الْحَياةِ ما إِذا فَقَدْتَهُ أَبْغَضْتَ الْحَياةَ وَ شَرُّ مِنَ الْمَوْتِ ما إِذا نَزَلَ بِكَ أَحْبَبْتَ الْمَوْتَ"

“Yaşamaqdan daha yaxşı odur ki, onu itirdikdə həyatdan küsürsən, ölümdən daha pis odur ki, onunla üzləşdikdə ölümü arzulayırsan.” [2]



[1] «Tuhəful-uqul”, səh. 487

[2] Həmin mənbə

Etiketlər :

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın dürəfşan kəlamlarından