Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

29 April 2024

04:47

۵۶۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-cı il cumadil-ula ayının 5-i, miladi 2020-ci il dekabrın 20-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1442-cı il cumadil-ula ayının 5-i, miladi 2020-ci il dekabrın 20-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr, güzəşt və bağışlamaq adı gəlsə, bu böyük xanımın adı hallanır. 

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibəti ilə öz İlahi vəzifələrini səbir və mərdliklə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Mənşəyi həzrət Zeynəbi-Kubra əleyhasəlamın fəzilətləri olan bir çox ləqəbləri ilə bərabər, “Şərikətul-Huseyn” (əleyhissəlam) ləqəbi, bu şərafətli xanımın tarixdə son dərəcə əzəmətli bir hadisəni yaşadan yüksək mövqeiyyətinə işarədir. Kərbəla hadisəsinin bəşəriyyətə “Hidayət çırağı” olması iftixarı Allah-taalanın Xanım Zeynəbə (əleyhasəlam) əta buyurduğu ən şərəfli məsuliyyətlərdən biridir. Həmçinin, “Naibətuz-Zəhra” (əleyha səlam) ləqəbi də Əhli-beytin (əleyhimussəlam) Xanım Zeynəbi-Kubraya (əleyhasəlam) göstərdikləri vəsfəgəlməz məhəbbət və hörmətini özündə əks etdirir.

Bu günün savabından layiqli bəhrə aparmaq üçün burada Xanım Zeynəbin (əleyhasəlam) ziyarətnaməsini əzizlərə təqdim edirik:

Əssəlamu əleyki ya bintə Rəsulillah, Əssəlamu əleyki ya bintə Fatimətə və Xədicə, Əssəlamu əleyki ya bintə Əmiril-muminin, Əssəlamu əleyki ya uxtəl-Həsəni vəl-Huseyn, Əssəlamu əleyki ya bintə Vəliyyillah, Əssəlamu əleyki ya uxtə Vəliyyillah, Əssəlamu  əleyki ya əmmətə Vəliyyillah və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleyki, ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna  həvzə Nəbiyyikum və səqana bikə`si cəddikum min yədi Əliyyibni Əbi Talibin, sələvatullahi əleykum, Əs`əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəcə fi zumrəti cəddikum Muhəmmədin sallallahu əleyhi və alih, və ən la yəslubəna mərifətəkum, innəhu Vəliyyun Qadirun, ətəqərrəbu iləllahi bihubbikum,vəl bəraəti min ə`daikum vət-təslimi iləllahi raziyən bihi qəyrə munkirin və la mustəkbirin və əla yəqini lh əta bihi Muhəmmədun və bihi razin nətlubu bizalikə vəchəkə ya Səyyidi, Əllahummə və rizakə vəd-darəl-axirətə, ya Səyyidəti ya Zeynəbu, işfə`i li fil-cənnəti, fəinnə ləki indəllahi şə`nən minəş-şən, Əllahummə inni əs`əlukə ən təxtimə li bissəadəti fəla təslub minni lh ənə fihi və la həvlə və la quvvətı illa billahil əliyyil əzimi, Əllahummə-stəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə, və birəhmətikə və afiyətikə və sallallahu əla Muhəmmədin və Alihi əcməin və səlləmə təslimən ya ərhəmər-rahimin.

İltimas dua!

Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü