Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat deməyin fəziləti

02 May 2024

12:37

۵۰۵

Xəbərin xülasəsi :
Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat göndərməyin olduqca böyük mənəvi əsərləri vardır və bu əməl insanda Qiyamət günü Peyğəmbər Əkrəmə (sallallahu əleyhi və alih) mülhəq olub çatmaq ləyaqəti yaradır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat deməyin fəziləti

Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan Qüdsi (Allah tərəfindən Peyğəmbərə yetən) hədisdə gəlib ki, ... əgər Fatimə olmasaydı, Səni və Əlini xəlq etməzdim.

Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat göndərməyin olduqca böyük mənəvi əsərləri vardır və bu əməl insanda Qiyamət günü Peyğəmbər Əkrəmə (sallallahu əleyhi və alih) mülhəq olub çatmaq ləyaqəti yaradır.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdular:

"يا فاطمة من صلى عليک غفر الله له، و الحقه بى حيث کنت من الجنة"

“Ey Fatimə! Hər kəs sənə salavat göndərsə Allah onun günahların bağışlar və Beheştin hər bir yerində olsam, onu da mənə mülhəq edər.”

Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat deməyin tərzi barədə qeyd edək ki, hədisdə həzrət İmam Sadiqdən (əleyhissəlam) və imam Kazimdən (əleyhissəlam) nəql edilir ki, belə deyilsin:

"صَلَوَاتُ اللَّهِ عَلَيْهَا وَ عَلَى أَبِيهَا وَ بَعْلِهَا وَ بَنِيهَا"

“Allahın salavatı olsun ona (Fatiməyə), atasına, həyat yoldaşına və övladlarına.”

Həmçinin, əxlaq alimləri qeyd edirlər ki, həzrət Fatiməyə (əleyhasəlam) salavat göndərdikdə belə deyilsə, çox yaxşı olar:

"اللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبيها وَ بَعْلِها وَ بنيها بِعَدَدِ ما اَحاطَ بِه عِلْمُکَ"

“İlahi! Sənin elmin əhatə edə bilən say qədər Fatiməyə, onun atasına, həyat yoldaşına və övladlarına salavat və alqış yetir.”

Həmçinin, bəzi yazılarda yuxarıda qeyd edilən salavat bu qaydada yazılmışdır:

اللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبيها وَ بَعْلِها وَ بنيها وَالسِّرِّ الْمُسْتَوْدَعِ فيها بِعَدَدِ ما اَحاطَ بِه عِلْمُکَ

“İlahi! Sənin elmin əhatə edə bilən say qədər Fatiməyə, onun atasına, həyat yoldaşına, övladlarına və  onun müqəddəs vücudundan əmanət saxladığın sirrə (zühuruna vədə verilmiş İmama) salavat və alqış yetir.”

Bir daha bütün müsəlmanlara və xüsusən Əhli-beyt (əleyhimussəlam) məktəbinin davamçılarına bu əza günlərini təsəlli və başsağlığı deyir və Allahdan möminlərin hacətlərinin qəbul olmasını diləyirik...


Etiketlər :

Həzrət Fatiməi-Zəhraya (əleyhasəlam) salavat deməyin fəziləti