Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) fəzilətləri

28 March 2024

22:10

۱,۴۶۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

Tarix: 29/10/94 -şəmsi (19/1/2016 miladi)

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) fəzilətləri

Bu günlər Fatimiyyə günləri və islamın əzəmətli müsibəti, xanım Siddiqei-Kubra, Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti ilə müsadifdir. Həmd olsun Allaha ki, ölkəmizdə xalq, ziyalılar və tələbələr arasında son bir neçə ildə bu günlərin münasibətinə xüsusi diqqət olunur. Hərçənd, Fatimiyyə mövzusu keçmiş zamanlardan böyük şəxsiyyətlər tərəfindən qeyd edilmiş və bu günlərdə əzadarlıq məclisləri keçirilərdi. Bizim öz evimizdə Fatimiyyə günlərində 60 ildən çox bir zamanda rövzə məclisləri keçirilir. Böyük təqlid mərcələri, o cümlədən, mərhum Ayətullah Uzma Burucerdi, mərhum İmam, mərhum Əllamə Təbatəbai və digər təqlid mərcələri Fatimei-Zəhra (əleyhasəlam) üçün əzadarlıq məclisləri bərpa etmək və bu məclislərdə iştirak etmək əzmində olmuşlar.

Bu mövzuda diqqət edilməli ilk mətləb ki, əgər bir müsəlman şəxs, istər şiə, istərsə də sünni ola, o mətləbə diqqət etsə, bir çox şübhələr həll olunar və bir çox suallara cavab verilər, bu mətləbdir ki, Fatimə kimdir və necə bir həqəirətdir?

Əgər biz bu şərafətli vücudu, yalnız həzrət Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) qızı məhdudluğunda görsək, müəyyən bir nəticələrə çatacağıq. Amma əgər bir miqdar artıq diqqət yetirsək və bu əziz vücudun Allah-taalanın və Peyğəmbərin yanında olan məqam və dərəcəsini nəzərdən keçirsək, o zaman bir çox tarixi və əqidə məsələləri həll edilmiş olacadır.

Hədis kitablarında cənab Cabirdən bir hədis nəql olunmuşdur ki, imam Sadiqdən (əleyhissəlam) belə nəql edir:

«قال: قلت لم سمّيت فاطمة الزهراء زهراء؟»

“İmam Sadiqə (əleyhissəlam) ərz etdim ki, həzrət Fatimei-Zəhraya (əleyhasəlam) nə üçün Zəhra adı verilmişdir?”

 Öncə deyək ki, başqa bir hədisdə belə qeyd edilir ki, Allah yanında həzrət Fatimei-Zəhranın doqquz adı vardır və bu da çox əhəmiyyətli bir mətləbdir. Amma yuxarıda qeyd edilən hədisdə sual budur ki, nə üçün o Həzrətin adlarından biri “Zəhra” adıdır?

Həzrət bu sualın cavabında buyurur:

«لأن الله عزوجل خلقها من نور عظمته»

Ona görə ki, Allah-taala Fatimei-Zəhranı (əleyhasəlam) Öz əzəmətli nurundan xəlq etmişdir. Həzrət Peyğəmbər və Əmirəl-möminin barəsində də belə təbir qeyd edilmişdir ki, onlar da Allah-taalanın əzəmətli nurundan xəlq olunmuşlar. Buradan məlum olur ki, həzrət Zəhranın (əleyhasəlam) xilqəti əvvəldən adi bəşər xilqətindən fərqli olmuşdur. Təbii ki, bəşərin hamısı Allah tərəfindən xəlq edilmişlər, amma Allahın nurundan xəlq olunmamışlar. Əgər bütün bəşər Allahın nurundan xəlq edilmiş olsaydılar, onda heç bir bəşər günah və təqsir etməzdi. Fatimei-Zəhra Allahın nurundan xəlq olunmuşdur, özü də Allahın əzəmətli nurundan, yəni Allah-taalanın olduqca əhəmiyyətli olan əzəmətli yönündən. Mənası budur ki, bu məxluq, əzəmətli və böyük bir məxluqdur, çünki Allahın əzəmətli nurundan xəlq olunmuşdur.

«فلمّا أشرقت أضاء السماوات و الارض بنورها»

“Zahir olduqda göylər və yer Fatimei-Zəhranın (əleyhasəlam) nurundan işıqlandı.” Hədisin davamında Allah-taala mələklərə buyurur:

«هذا نورٌ من نوري و أسکنته في سمائي خلقته من عظمتي»

“Bu nur, Mənim nurumdandır, onu Öz əzəmətimdən yaratdım və asimanımda sakin etdim...”

(عن جابر عن ابی عبدالله علیه السلام قال:قلت له لم سمیت فاطمه؟ فقال لان الله خلقها من نور عظمته فلما اشرقت اضائت السماوات و الارض بنورها و غشیت ابصار الملایکه و خرت الملایکه لله ساجدبن و قالو الهنا و سیدنا ما هذا النور؟ فاوحی الله الیهم هذا نور من نوری اسکنته فی سمائی و خلقته من عظمتی اخرجه من صلب نبی من انبیایی افضله علی جمیع الانبیا و اخرج من ذلک النور ائمه یقومون بامری و یهدون الی حقی و اجعلهم خلفایی فی ارضی بعد انقضاء وحیی(.

Bu məsələnin çox aydın bir nəticəsi vardır ki, həzrət Fatimə (əleyhasəlam) başqalarından tam fərqlənir. Peyğəmbərin heç bir xanımı Allahın əzəmətli nurundan xəlq olmamışdır. Fatimei-Zəhradan (əleyhasəlam) başqa heç bir xanım Allahın əzəmət nurundan yaranmamışdır. Dünya qadınlarının arasında bəzi yüksək xanımlar, o cümlədən, Məryəm bint İmran, Asiya və s. kamil qadın simalarıdır, lakin onlar Allahın əzəmət nurundan xəlq olmamışlar.

(ardını izləyin)


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq