Həzrət Fatimə əleyhasəlamın ibadətdə mehvər olması

17 May 2024

11:10

۴۶۳

Xəbərin xülasəsi :
Namazda əgər təşəhhüd deyilməsə və təşəhhüddə Peyğəmbər və onun Əhli-beytinə salavat deyilməsə, bu namaz qəbul deyil. Salavatın mehvəri Əhli-beytdir, Əhli-beytdə mehvər həzrət Fatimei-Zəhradır. Ona görə də Peyğəmbər buyurur: Əgər mənə salavat deyib Əhli-beytimi zikr etməsəniz, o salavat əbtər və naqisdir
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimə əleyhasəlamın ibadətdə mehvər olması

Həzrət Fatimə əleyhasəlamın ibadətdə məqamına ancaq bir işarə edim. Belə nəql olunur:

مَا كَانَ فِي هَذِهِ الْأُمَّةِ أَعْبَدُ مِنْ‏ فَاطِمَةَ كَانَتْ تَقُومُ حَتَّى تَوَرَّمَ قَدَمَا هَا

“Bu ümmət içində Fatimədən çox ibadət edən bir kəs yox idi. O qədər  ayaq üstə qalırdı ki, ayaqları şişirdi.”[1]

Azanda həzrətin mehvər olması: həzrət imam Sadiq əleyhissəlamdan sual olundu ki, “Azan dedikdə həyy əla xəyril əməl (yəni ən yaxşı əmələ tərəf tələsin) nidasından məqsəd nədir?” Həzrət buyurdu: Fatimei-Zəhraya və onun övladlarına yaxşılıq etmək nəzərdə tutulur və Xeyrul-əməl Əhli-beytin vilayəti və imamətidir.”

Namazda əgər təşəhhüd deyilməsə və təşəhhüddə Peyğəmbər və onun Əhli-beytinə salavat deyilməsə, bu namaz qəbul deyil. Salavatın mehvəri Əhli-beytdir, Əhli-beytdə mehvər həzrət Fatimei-Zəhradır. Ona görə də Peyğəmbər buyurur: Əgər mənə salavat deyib Əhli-beytimi zikr etməsəniz, o salavat əbtər və naqisdir.

Duada Həzrətin mehvər olmasına dair; Mubahilə ayəsinin nuzul şənində deyilir: Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beyti ilə mübahiləyə getdikdə onlara belə deyir:

إذا دَعَوْتُ فَأمِّنُوا

“Mən dua etdiyim zaman siz “amin!” deyin.”

Bunun mənası odur ki, Xanım Zəhranın nəfəsi və “amin” deməsi Rəsulullahın duasında təsirlidir.

Zəməxşəri bu hadisəni nəql edəndən sonra belə nəticə alır: “Bu hadisədə “Kisa” səhabələrinin fəzilətinə dair bir dəlil vardır ki, heç bir başqa dəlil ondan güclü ola bilməz.” Bu kəlməni tanınmış əhli-sünnə alimi deyir, ardınca deyir: “Bu, (həm də) Peyğəmbərin nübüvvətinə dair bir dəlildir!”[2]

Həmçinin Qazi Beyzavi bu hadisəni nəql etdikdən sonra deyir: “Bu hadisədə iki şeyə dəlil vardır: biri nübüv­vətə, digəri isə “Kisa” səhabələrinin fəzilətinə.”[3]

Kisa səhabələri kimdir? Mən çox müxtəsər deyirəm: Təthir ayəsi nazil olduqdan sonra həzrət Peyğəmbər Xanım Fatimə, imam Əli, imam Həsən və imam Huseyn əleyhimussəlamı öz əbasının altına alıb buyurur: İlahi! Sən şahidsən ki, bunlar mənim Əhli-beytimdir.

Bu beş nəfərə “Əshab Əba”, ya “Pənc tən Ali Əba” da deyirlər. Mələklər bu səhnəni gördükdə, soruşurlar ki, onlar kimlərdir? Həzrət Cəbrail deyir:

هم فاطمة و ايها و بعليها و بنيها 

“Onlar Fatimə və atasıdır, Fatimənin həyat yoldaşı və iki oğludur.”

 Sanki Allah-taala da Ali Əbanın həzrət Fatimənin vasitəsilə tanıtdırılmasından razıdır. 



[1] “Mənaqibu Ali Əbi Talib”, İbni Şəhr Aşub, 3-cü cild, səh. 119; “Biharul-ənvar”, Əllamə Məclisi, cild: 43, səh. 76 səh. 84

[2] Kəşşaf, cild-1, səh. 434

[3] “Təfsiri Beyzavi”, 2-ci cild, səh. 47


Etiketlər :

Həzrət Fatimə əleyhasəlamın ibadətdə mehvər olması